Cümə , Noyabr 27 2020
Ana səhifə / Köşə Yazarları / Demokrat korrupsioneri müdafiə edəndə…

Demokrat korrupsioneri müdafiə edəndə…

Qəribə təzadlarla üzləşirik. Nədənsə bizim cəmiyyətdə çox vaxt ictimai qınaq da düzgün istiqamət götürmür. Bu yaxınlarda mənim general bir qohumumu işdən azad etdilər. Ondan qabaq isə başqa bir general qohumumu işdən çıxramışdılar. Belə doğru addımların atıldığına görə ölkə rəhbərliyinə xüsusi təşəkkürümü bildirdim.

Diqqətli izləyicilər yəqin ki, həmin paylaşımımı xatırlayır. Orada ölkə rəhbərliyinə niyə dərin təşəkkür etdiyimin səbəblərini ətraflı izah etmişdim. Siz inanırsınız ki, həmin mövqeyimə görə məni nə qədər qınayan oldu. Ən çox da xeyirdə-şərdə doğmalarımı görən qohumlar belə bir iradı bildirmişdilər: “Ay balam, bu boyda Bakıda adam yoxdu yazmağa, Məhəmmədəli öz qahımından niyə yazır?”

Bu hadisəni təsadüfən xatırlatmadım. Ölkədə çoxlarının “ölümünə demokrat” kimi tanıdığı Bəxtiyar Hacıyev adlı bir gənc fəal var. Hərçəndki mən gözümü açandan o elə özünü gənc kimi təqdim edir. Özünə yaxşı fikir versə, artıq yaşa dolduğunun fərqinə varıb, bir az normal addımlar atar. Sən demə, bu demokrat təkcə evindən kağız əskinazlarla 10 milyon pul çıxan korrupsioner Vilyam Hacıyevin yaxın qohumuymuş.

Elə həmin gün KİV-lərdən birinə zəng edib və onun qohumunu başqalarından fərqli olaraq niyə sərt tənqid etdiyinə dair iradını bildirib. Qulaq asdım, canlı yayımda açıq-açığına verilişin aparıcısı olan xanım jurnalistlə dava edirdi. Sözünün “mustafası” da bu oldu ki, korrupsioner qohumunu dəstəkləyir, burada yalnız icra başçısını yox, bütün sistemi günahlandırmaq lazımdır.

Əslində, Bəxtiyar Hacıyev hətta yaxın qohumu olsa belə, biabırçı şəkildə ifşa edilən korrupsionerin müdafiəsinə qalxmamaq üçün əvvəl utanmalıydı, sonra sözünü deməliydi. Nədənsə , bu əlaməti də onda görmədim. Əminəm ki, ətrafdakılar, qohum-əqraba Bəxtiyar Hacıyevin atdığı bu “mərd” adımı təqdir edir. Bəlkə də, elə Bəxtiyar bunları ürəyindən keçirdiyi üçün Vilyam əmisinin müdafiəsinə düşünülmüş şəkildə qalxıb.

Sizcə, “mənim korrupsioner qohumuma dəyməyin, başqasından yazın!” prinsipi ilə yaşayan, bunu publik olaraq etiraf edəndən demokrat olarmı? Düzü, vaxtilə Hillari Klintonun məktub yazdığı bu gəncin davranışları məni daha dərindən düşündürdü. Adam niyə belə risqə getsin? Yalnız qohum-əqrəbanın yanında hörmət qazanmağa görəmi? Heç inanmıram ki, Bəxtiyar Hacıyev fərasətində olan birisi , özünü belə asan daşqalaq etdirsin.

Sual olunur: niyə Bəxtiyar Hacıyev onunla eyni qohumluq tellərilə bağlı olan Hafiz Hacıyevi deyil, daha mənfi reputasiyalı Vilyam Hacıyevi müdafiə edir? Olmaya nümayiş edilən səltənət Bəxtiyarı qıdıqlayıb? Mənim məntiqim bir şeyi deyir – korrupsioner icra başçılarının müxalifətlə də sıx təmasları olub və böyük ehtimalla burada maddi amillərin də rolu var. Hər halda, Bəxtiyar Hacıyevin Vilyamın adını çəkən xanım jurnalistin üstünə çəkdiyi hücum belə düşünməyə əsas verir. Arxasını araşdırmaq isə mənilk deyil…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Ağsunun icra başçısı vəfat etdi

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib. Azinforum.az xəbər verir ki, …