Şənbə , Yanvar 29 2022
Ana səhifə / Manşet / Daxili İşlər Nazirliyi Toliklə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi Toliklə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyevin (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, T.Əliyev özü ilə bağlı tədbir görüb.

“Sosial şəbəkə hesabında aralarında yaranan mübahisəyə aydınlıq gətirib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Tolikin sosial şəbəkədə canlı yayım zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təhqir etməsi ilə bağlı videogörüntülər yayılmışdı.

Həmçinin oxuyun

General Mədət Quliyevin ideya müəllifi olduğu yeni kitab işıq üzü görüb – Fotolar

Azərbaycanda “Tarix yazan qəhrəmanlar” adlı yeni kitab işıq üzü görüb. Azinforum.az xəbər verir ki, kitab …