Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Manşet / Daim yerli TV-ləri təhqir edən Aslan İsmayılov üzrhaqlıq etmədən İTV-də göründü…

Daim yerli TV-ləri təhqir edən Aslan İsmayılov üzrhaqlıq etmədən İTV-də göründü…

Hüquqşunas Aslan İsmayılovun İctimai Televizyada (İTV) yaımlanan “Dikdaban” verilişində görünməsinə sosial şəbəkələrdə birmənalı münasibət bildirilməyib. Bir çox sosial şəbəkə istifadəçisi açıq mətnlə yazır ki, öz publik çıxışlarında daima ölkədə yayımlanan televizya kanallarını təhqir edən, onları tvkanalizasiya (ifadə Aslan İsmayılova məxsusdur-Azinforum.az) adlandıran bir adamı efirin yuxarı başına keçirmək televiziyaların özlərinə hörmət qoymamasının göstəricisi sayılmalıdır.

Bəlkə də, Aslan İsmayılov bir vaxtlar təhqir etdiyi yerdə görünməyi belə özü üçün böyük naliyyət sayır və bundan heç bir kompleks hissi də keçirmir. Amma bu addımı ilə kifayət qədər nüfuzu olan İTV kanalı Aslan İsmayılovu TV-lər barədə səsləndirdiyi təhqir fikirlər barədə üzrhaqlıq edib, dediyini təkzib etmədən, onu efirə buraxmaqla həm də tamaşaçılarına böyük hörmətsizlik etmiş olub.

Mahir MİRZƏYEV,

Azinforum.az

Həmçinin oxuyun

Sürət Hüseynovun SENSASİON SƏS YAZISI: “AXC-Müsavat savadsız eşşək olub…”

Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun sensasion səs yazısı yayılıb.  Azinforum.az xəbər verir ki, yayılan …