Bakının 7-ci mikrorayon , Süleyman Sani Axundov küçəsində yerləşən “Çıraq Palas” qanunlara və lazımi standartlara məhəl qoymadan fəaliyyət göstərərək, bütün ətrafı bişirdiyi kababın tüstüsündə boğur. Azinforum.az-ın əməkdaşları 19 iyun saat 19-20 radələrində həmin restoranın ətrafında biabırçı mənzərınin şahidi olublar. Bu vəziyyəti əks etdirən görüntülər dərhal tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Bizimlə əlaqə saxlayan qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azinforum.az-a bildirdi ki, nazirliyin əməkdaşları monitorinq aparmaq üçün, elə həmin anda sözügedən ünvana yollanıblar. Qeyd edək ki, restoranlarda bişirilən yeməklərin tütstüsünün ətrafa buraxılması ilə bağlı sərt tələblər mövcuddur. Buna əməl etməyən iaşə obyektləri ilə bağlı ciddi məbləğdə cərimələr nəzərdə tutulur. Ümidvarıq ki, Ekologiya Nazirliyi bu qanun pozuntusu ilə bağlı götürdüyü ölçü haqda ictimaiyyəti ətraflı məlumatlandıracaq. Araşdırmamız zamanı məlum oldu ki, sözügedən restoran hazırda yüksək vəzifədə olan məmurlatdan birinə məxsusdur. Oradakı real vəziyyəti əks etdirən videogörüntü ilə aşağdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:
