Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Cavid Qurbanovun sabiq mətbuat katibi vəzifədən çıxanda xidməti maşınını da özü ilə aparıb?

Cavid Qurbanovun sabiq mətbuat katibi vəzifədən çıxanda xidməti maşınını da özü ilə aparıb?

ADY rəsmisi: “Hətta olsa belə, bu cür  xırda məsələni bizim şərh etməyimiz sadəcə ayıb olar”

Sevinc Qədirova: “İşlə bağlı lazım olanda, bir neçə dəfə həmin xidməti avtomobildən istifadə etmişəm”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin  sabiq rəisi Sevinc Qədirova bir il yarım bundan əvvəl  tutduğu vəzifədən ayrılıb, Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunanda  qanunsuzluq edərək,  keçmiş iş yerindəki 90 AL 321 dövlət nömrə nişanlı xidməti avtomobilini də özü ilə aparıb. Bu barədə məlumatı Azinforum.az-a qurumun daxilindəki məlumatlı mənbə verib.  Əldə olunan informasiya ilə bağlı Azinforum.az ilk olaraq  ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  Natavan Bayramova ilə əlaqə saxlamağa cəhd edib. O, saytımıza açıqlamasında iclasda olduğunu, qurumun  Dürdanə adlı xanım əməkdaşı ilə əlaqə saxlamağımızı məsləhət görüb. Dürdanə xanım bizimlə söhbətində faktı nə təkzib, nə də təsdiq etdi. O, bildirdi ki,  hətta olsa belə, bu cür  xırda məsələni  onların  şərh etməsi  sadəcə ayıb olar.

Qurumun sabiq  mətbuat katibi Sevinc Qədirova isə Azinforum.az-a açıqlamasında  bildirdi ki,  hər iki quruma eyni adam – Cavid Qurbanov rəhbərlik etdiyi üçün,  burada elə bir qəbahət görmür: “Hal-hazırda pandemiya ilə bağlı  idman  yarışları dayanıb və biz bir ildir fəaliyyət göstərmirik, ancaq əmək haqqımızı alırıq. Bu səbəbdən mənə o qədər də maşın ehtiyac olmur. Lazım olanda öz şəxsi avtomobilimi sürürəm. Bu, elə bil qlobal məsələ deyil axı. Niyə sizi maraqlandırır?  İşlə bağlı lazım olanda bir neçə dəfə həmin xidməti avtomobildən istifadə etmişəm. Burada nə var ki? Həmin avtomobil  hazırda mənim çalışdığım Voleybol Fedreasiyasının balansında deyil”.

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …