Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Manşet / “Cafe City” restoranlar şəbəkəsində biabırçı mənzərə-Video

“Cafe City” restoranlar şəbəkəsində biabırçı mənzərə-Video

“Cafe City” yerli brend olan şəbəkədir. Paytaxtın bir neçə yerində restoranları fəaliyyət göstərir. İnsafən deyək ki, qiymətlər bir qədər baha olsa da, restoranınn təmizliyinə, qulluq səviyyəsinə söz ola bilməz. Məhz buna görədir ki, restoranlar şəbəkəsi “Mado”, “Özsüt” kimi brendlərlə rəqabət apara bilir, hətta bızi parametrlərinə görə onları üstələmıyi də bacarır. Ancaq restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında ciddi bir nöqsanla rastlaşdıq. Restoranda körpə uşaqların oturması üçün cəmi bir masanın olduğunu deyirlər. O da gördüyünüz bu vəziyyətdə. Təsəvvür edin ki, 8-12 aylıq bir körpəni bu stolda otuzdursaq, o asanlıqla sürüşüb yerə düşəcək. Masanın heç qoruyucu kəməri də yoxdur. Hörmətli restoran bilməlidir ki, yalnız pul xırcləyən böyüklərin deyil, eyni zamanda bütün kateqoriyadan olan müştərilərin məmnunluğunu qazanmaq lazımdır. Ümidvarıq ki, restoran tezliklə bu ciddi qüsuru aradan qaldıracaq.

Çinarə SEYİDOVA,
Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …