Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / “Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atdı – Bakıda dəhşət

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atdı – Bakıda dəhşət

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb.

Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onu psixi pozuntularının olduğu müəyyən edilib.

O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS-in məlumatına görə,  Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.



Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …