Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Bu il gömrükdə 1 tondan artıq narkotik maddə aşkar olunub

Bu il gömrükdə 1 tondan artıq narkotik maddə aşkar olunub

“2018-ci ilin 7 ayında gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 5369 hüquqpozma faktı aşkar edilib”.

Musavat.com-un məlumatına görə, bu fikri Dövlət Gömrük Komitəsinin, Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Fikrət Ələsgərli deyib.

Rəis müavini bildirib ki, 2018-ci ilin 7 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 137 fakt aşkar olunub.

Onun sözlərinə görə, bu faktlar üzrə ümumilikdə 1 ton 14 kq 133 qram narkotik vasitələr aşkar edilib.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …