Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Manşet / BU ƏRAZİLƏR VƏ MUROV ZİRVƏSİ İŞĞALDAN AZAD EDİLDİ!

BU ƏRAZİLƏR VƏ MUROV ZİRVƏSİ İŞĞALDAN AZAD EDİLDİ!

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

***

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

***

Azərbaycan Ordusu Ağdərə və Tərtər bölgələri istiqamətində irəliləyir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …