Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / BSU müəllimləri maaşların azlığından narazıdır

BSU müəllimləri maaşların azlığından narazıdır

Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəblərdə müəllimlərin orta aylıq əmək haqqı yüksək olsa da, Bakı Slavyan Univerisitetində bu, çox aşağıdır. Qiymətlərin sürətlə bahalaşdığı indiki dövrdə maaşların aşağı olması orada dərs deyən müəllimlərin ciddi narazılığına səbəb olub.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, belə vəziyyət BSU müəllimlərinin ciddi sosial sıxıntılarla üzləşməsinə səbəb olub. Problem ondadır ki, bir sıra ali təhsil ocaqları müəllimlərin maaşlarını artırdığı halda, BSU rəhbərliyi ümumiyyətlə bu barədə düşünmür. Üniversitetdə orta aylıq əmək haqqı 330 manatdır. Üstəlik bunu da tam ala bilbirlər.

Məlumat üçün qeyd edək ki, Gəncə Dövlət Universitetində tam ştatda olan müəllim orta hesabla 503 manat məvacib alır. Azərbaycan Dövlət İqtisad Universitetində orta aylıq əmək haqqı 1166 manat, Dövlət Pedaqoji Universitetində bu 600 manat, Azərbaycan Dövlət İdman Akademiyasında 600 manatdır.

Ümid edirik ki, BSU rəhbərliyi insafa gəlib müəllimlərin məvacibini artıracaq.

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …