Cümə , Sentyabr 30 2022
Ana səhifə / Manşet / “Bravo” “Badamlı”nın adını təhrif etdi – Foto

“Bravo” “Badamlı”nın adını təhrif etdi – Foto

Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Bravo” mağazalar şəbəkəsinin “Badamlı” mineral sualarının qəribə təqdimatı ilə bağlı maraqlı paylaşım edib. Azinforum.az həmin paylaşımı təqdim edir: “Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza “Badamlı”ya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar. Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər Bayramı” müsabiqəsinin qalibi oldum, göz görə-görə mükafatımı vermədilər. Əminəm ki, onların bu özbaşınalığından “Badamlı”ya rəhbərlik edən lazımi adamların məlumatı olmayıb. “Badamlı”nın piar meneceri Elvin müəllimə deyin, gedib təmsil etdiyi şirkətə aid məsulun adının düzgün yazılmasını tələb etsin!”

Azinforum.az

Həmçinin oxuyun

“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik” – Video

Real TV Lələtəpə yaxınlığında torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin ərazidə qurduğu beton tunellərə dair …