Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / Boks Federasiyasında qalmaqal – Olimpiada lisenziyalı yarışa niyə Ümid yox, Tayfur aparıldı?+VİDEO

Boks Federasiyasında qalmaqal – Olimpiada lisenziyalı yarışa niyə Ümid yox, Tayfur aparıldı?+VİDEO

Azərbaycan Boks Federasiyasında ciddi qalmaqal yaşanır. Məlumatlı şəxslərin Azinforum.az-a verdikləri xəbərə görə, buna səbəb 57 kiloqram çəki dərəcəsində Respublikanın bir nömrəli boksçusu sayılan – Rüstəmov Ümid Səttar oğlunun heç bir ciddi səbəb olmadan Londonda keçirilən Olimpiada üçün lisenziya xarakterli turnirdən kənar saxlanılması olub. Mənbənin sözlərinə görə, bu xəbər Ümidə Londona getməzdən iki gün əvvəl verilib və onun əvəzinə həmin yarışa Əliyev Tayfur Nəriman oğlu aparılıb:

“Rüstəmov Ümid Səttar oğlu 1996-cı ildə anadan olub. 9 yaşından boksla məşğul olur. Yeniyetmələr arasında Avropa cempionatının, böyüklər arasında isə Dünya Kubokunun qalibi olub. “Dinamo” idman cəmiyyətini təmsil edir. Məşqçisi Yadigar Məmmədovdur. 4 ildir ki, Azərbaycanın yığma komandasında təmsil olunub. Son Respublika çempionatında 57 kiloqramda hazırda onun əvəzinə lisenziya xarakterli turnirə aparılan Əliyev Tayfur Nəriman oğlunu böyük üstünlüklə udub. Bu da o anlama gəlir ki, həmin çəkidə Respublikanın bir nömrəsi Tayfur yox, Ümid olub”.

Bildirilir ki, Ümid Rüstəmovun Londona aparılmamsının səbəbini Federasiya maraqlı və əsası olmayan detalla izah etməyə çalışıb:

“Yarışa iki gün qalmış, son tibbi müayinələr zamanı Ümidə bildirilib ki, güya onun ürəyində problem var. İdmançı bununla razılaşmayıb və başqa bir klinikada təkrar müayinədən keçib. Ona bildiriblər ki, səhətində yarışdan kənarlaşdırılmaq üçün heç bir ciddi səbəb yoxdur. Ürəyi bütün aktiv idmanla məşğul olanlara xas tərzdə bir az tez-tez döyünür. Hətta Londonda bütün bronlar da Ümid Rüstəmovun adına edilmişdi. Yarışa gedən idmançılar oteldəki otağın belə Ümid Rüstəmovun adına sifariş edildiyinin şahidi olublar. Bunun bir adı var, haqsızlıq”.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, yarışa aparılan Tayfur Əliyevin atası boks məşqçisidir: ” Onun Federasiyada əsas söz sahibi olan Qardağın icra başçısı Süleyman Mikayılovla yaxın münasibətləri mövcuddur. Çox güman ki, Ümidə qarşı edilən haqsızlıqda bu amilin də xüsusi rolu olub”.

Azinforum.az son Respublika birinciliyində Ümid Rüstəmovla – Tayfur Əliyev arasında keçirilən final döyüşünün videosunu təqdim edir. Göy geyimdə döyüşən Ümid Rüstəmovdur. Qoy izləyicilərimizin özləri hansı idmançının Londondakı yarışda təmsil olunmağa haqq etdiyinə qiymət versinlər.

Qeyri iş günü olduğu üçün, Boks Federasiyası və Süleyman Mikayılovun yaranmış vəziyyətlə ilə bağlı münasibətini öyrənə bilmədik. Mövzuya qayıdacayıq…

https://www.youtube.com/watch?v=OZ8FtWGszCk&feature=youtu.be&fbclid=IwAR3gYzkUnakt46xLaIYw4SdDLKGBHIKTp6ZYcDmZ-LrHN_zgCDJ4yg6oOqQ

Həmçinin oxuyun

Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə… SƏS YAZISI

Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi …