Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / BNA-nın İctimai Şura imitasiyası…

BNA-nın İctimai Şura imitasiyası…

Sanki bununla bütün şəffaflıq təmin edilmiş olunur

Çox təəssüflər olsun ki, bəzi dövlət qurumları yalnız ölkə rəhbərliyinin qarşısında gözdən pərdə asmaq siyasətini yürüdür. Prezident nəyi tənqid edirsə, hansı tələbi irəli sürürsə, dövlət qurumları həmin ab-havaya uyğun imitasiya yönlü addımlar atırlar.


İlham Əliyev ictimai nəzarətin vacibliyini vurğulayır, dövlət qurumları İctimai Şuralar yaradır və bunu adamın gözünə soxa-soxa geniş təbliğ edirlər. Sanki bununla bütün şəffaflıq təmin edilmiş olunur.
Təəssüflə qeyd etməliyik ki, əksər hallarda həmin İctimai Şuralara dövlət qurumunun rəhbərinə yaxın olan şəxslər təyin edilir. Yəni formal bir təsisat meydana çıxır.


Keçmiş praktikadan bir faktı deyim. Qurumlardan birinin İctimai Şurasında təmsil olunan müəllimlərdən birinin işi-gücü həmin qurum barədə mediada gedən tənqidi yazıları sildirmək idi.
Belə adamın təmsil olunduğu İctimai Şuradan hansı obyektivliyi gözləmək olar? Hətta bir çox dövlət qurumlarının İctimai Şuralarında təmsil olunan şəxslərə aylıq paketlərin verildiyinə dair də məlumatlar var.


Etiraf edək ki, ölkədə daha çox narazılıq yaradan qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir. BNA-nın da İctimai Şura yaratdığını oxudum. Açığını deyim ki, həmin Şuranın tərkibi məni qane etmədi. Düzdür, tərkibdə çox hörmət etdiyim, sahəsinin peşəkarı olan dostlarımız da təmsil olunur.
Ancaq nədənsə bu cür ağır sahəyə ictimai nəzarəti həyata keçirəcək şəxslərin arasında jurnalistlər demək olar ki, yoxdur.

Dostumuz Elməddin Muradlının adını siyahıda görmək məni sevindirdi. Amma bu kifayət etmir.
Hesab edirəm ki, həmin siyahıda ölkədə geniş ictimai fikikirə təsir edən , əsasən tənqidçi media qurumları rəhbərlərinin adı mütləq olmalıydı.
Bunu görmürüksə, onda BNA öz ciddi nöqsanlarını ictimaiyyətdən gizlədib, yenə xalqın dərisini soymaq yolunu davam etdirməyi hədəfləyir.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …