Bazar , Sentyabr 22 2019
Ana səhifə / Manşet / BNA Nəşriyyatın qabağında maşın saxlayan jurnalistlərə zülm edir – İşarəni söküb, əsassız cərimələr yazır…

BNA Nəşriyyatın qabağında maşın saxlayan jurnalistlərə zülm edir – İşarəni söküb, əsassız cərimələr yazır…

BNA doğrudan da DYP-nin atasına rəhmət oxutdurur. Azərbaycan Nəşriyyatının düz qabağında avtomobil saxlamağa icazə vermirlər. Yolun başında böyük “Saxlamaq qadağandır” göstəricisi olan nişan vurublar. Uzun illərdi ki, burada çalışan jurnalistlər avtomobillərini Nəşriyyatla üzbə-üz olan tərəfdə saxlayırlar. Birinci şəkildə gördüyünüz qara avtomobilin yanındakı ağacın dibində “dayanacaq üçün icazə olar” işarəsi vardı.

Hətta xüsusi olaraq göstərilirdi ki, avtomobil səküyə perpendikulyar saxlanmalıdır. 10 ildi mən orda maşın saxlayırdım, heç kim cərimə yazmırdı. Məzuniyyətdən qayıdan günün səhəri telefonuma cərimə olunduğuma dair bildiriş gəldi. Cərimə BNA-nın adından yazıldığı üçün təəccübləndim. Çünki 10 gün müddətində mən şəhərdə olmamışam. BNA-nın da əsasən dayanma-durma qaydalarına uyğun cərimələr yazdığını bilirəm. Buna görə də məsələni araşdırmaq qərarına gəldim. Qurumun Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdim.

Ondan cavab gec gəldiyi üçün, səhər artıq məslənin nədən ibarət olduğunu öyrənə bildim. Sabahı gün səhər işə gələndə gördüm ki, iki cavan oğlan tələsik, sanki oğurluq edirlər kimi dayanan avtomobillərin şəkilini çəkib cərimə yazırlar. Yaxınlaşıb səbəbini soruşdum. Dedilər ki, burdakı maşınları səküyə paralel saxlamaq lazımdır. Dedim axı işarə var ki, perpedikulyar olar. Dedilər ki, işarə artıq yoxdur. Baxdım ki, həqiqətən işarəni gizli şəkildə çıxarıblar.

Görürsünüzmü, bir dövlət qurumu vətəndaşla gizlənparç oyunu qurmaqla dövlətin büdcəsini doldurmaq istəyir. Bəzi jurnalistlər deyir ki, onlara hər gün cərimə gəlir, amma bilmirlər məsələ nədən ibarətdir. Elələri var ki, yaşlı adamlardı cərimələri avtomatik olaraq mesaj vasitəsilə öyrənmək proqramından istifadə etmir. Axırda görəcəklər ki, heç nə etməyə-etməyə külli miqdarda cərimə olunublar.
Axı niyə, BNA həmin işarəni ordan götürüb? Ən başlıcası isə, niyə bununla bağlı sürücülərə hər hansı xəbərdarlıq etmir? Həmin yoldan bir neçə metr qabaqda “Atəşgah sığorta”nın qarşısında pullu dayanacaq var, amma orda maşınların səküyə perpendikulyar saxlanmasına icazə verilir.

İndi təsəvvür edin ki, gündə 10-20 manat cərimə olan jurnalist belə çıxır ki, BNA-ya işləməlidir, evinə şörək pulu da apara bilməz? Bu fəaliyyəti həyata keçirən adamlar BNA-ya aid 90 PV 819 nömrəli maşınla hərəkət edirlər. Ümidvarıq ki, qurum rəhbərliyi bu qanunsuzlluqla bağlı lazımi ölçü götürəcək və heç bir əsas olmadan çıxardıqları işarəni gətirib yerinə bərpa edəcəklər.

Məhəmmmədəli QƏRİBLİ

P,S. BNA Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bizimlə söhbətində bildirdi ki, yaranmış vəziyyətlə bağlı araşdırma aparacaqlar.

Həmçinin oxuyun

“ Naxçıvanlıları qovurlar”ı tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar…

Bir neçə gündür ki, guya naxçıvanlıların İstanbuldan kütləvi deportasiya olunduğu ilə bağlı yalan məlumatlar tirajlanır. …