Ana səhifə / Manşet / Bizim kommunistlər azərbaycanlı arvadını döyüb qovan rusiyalı əqidədaşlarını tanıyırmı?

Bizim kommunistlər azərbaycanlı arvadını döyüb qovan rusiyalı əqidədaşlarını tanıyırmı?

Qalmaqallı müxalifətçi, “Rusiya Kommunistləri” Partiyasının Yuqra bölməsinin birinci katibi, xanımı tərəfindən atılmış tək üç uşaq atası, ictimai fəal Vadim Abdürrəhmanov keçən il himayə orqanlarının diqqətinə düşüb və indi məmurlar onun valideyn hüquqlarını məhdudlaşdırıblar.

Bu barədə “Federal Mətbuat” nəşri xəbər yayıb. Qəzetin müxbiri Vadimin keçmiş həyat yoldaşı Məhsəti Əbdürrəhmanova ilə söhbət edib. O, əvvəlki həyat yoldaşı ilə necə yaşadıqları, nə üçün Azərbaycanda gizlətmək məcburiyyətində qaldığı və uşaqların hüquqlarını necə bərpa edəcəyi barədə danışıb.

Nəşrin müxbiri Məhsəti Abdürrəhmanova ilə Surqutdakı azərbaycanlı diasporu rəhbərinin müavini və Surqut fəalının keçmiş həyat yoldaşının maraqlarını təmsil edən Amil Abbasov ilə Surgut Vəkillər Kollegiyası sədrinin ofisində görüşüb.

Məhsəti kədərli gözləri olan gözəl, gənc, açıq fikirli bir qızdır. O, bütün gücünü toplayaraq keçmiş əri ilə həyatı haqda danışıb. Bildirib ki, indi öz uşaqlarını, hansı ki, Vadim Abdürrəhmanov onu, Azərbaycanda öz yaxınlarına sığındıqdan sonra bu hüquqdan birtərəfli qaydada məhrum etdirib, geri qaytarmaq üçün hər şeyi etməyə hazırdır.

Rusiyada soydaşımız xanıma qarşı bu hərəkəti edən tanınmış kommunisti Azərbaycandakı solçular tanıyırmı?

Azərbaycan Kommunist Partiyasının rəhbəri, sabiq millət vəkili Rauf Qurbanov Azinforum.az-a açıqlamasında bildirdi ki, Vadim Əbdülrəhmanovu tanıyır: “İlk öncə onu bildirim ki, Vadim Əbdülrəhmanovla mən sosial şəbəkədə (FB) tanış olmuşam. 2018 -ci ilin yay aylarının birində o Azərbaycanda olanda, məhz onun təşəbbüsü ilə biz görüşmüşük və siyasi mövzuda fikir mübadiləsi aparmışıq. Bir məsələni qeyd etmək lazım bilirəm ki, Vadim Əbdülrəhmanov RFKP MK qərarı ilə partiya sıralarından xaric olunmuş, özünü ” Rusiya Kommunisləri”nin lideri elan edən Surakinin rəhbərlik etdiyi kiçik bir qurumun Surqut vilayətində ilk təşkilatının rəhbəridir. Bizim elə də yaxın münasibətlərimiz yoxdur. Bildiyimə görə, Vadim özü də əslən Azərbaycanın şimal bölgəsindəndir. Özünün dediyinə görə Xaçmazda anadan olub, orda boya -başa çatıb, təhsil alıb, sonra Surqut şəhərində işləməyə gedib və hal-hazırda da orda yaşayır. Onun həyat yoldaşı ilə probleminə gəlincə isə, mən bu barədə heç nə deyə bilmərəm. Bilmədiyim, tanımadığım bir ailə haqqında fikir söyləmək yersiz olar. Anacaq ixtisazca hüquqşünas olduğumu nəzərə alıb onu deyə bilərəm ki, ailədə, ərlə arvad arasında yaranmış probləri mətbuat səhvələrində yox, məhkəmə salaonlarında araşdırmaq lazımdır”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …