Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…

Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb. Qurumun atdığı bu addımı təqdir edirik. Çünki həmin adam fikirini lazımi şəkildə əsaslandıra bilməmiş, əksinə, verdiyi açıqlama ilə cəmiyyətdə ictimai qəzəb yaratmışdı.

Təsadüfi deyil ki, məhz həmin adamın məsuliyyətsiz açıqlamasından sonra, ictimai nəqliyyatda da qiymətlərin 50 qəpiyə qalxacağı ilə bağlı əsası olamyan şayiələr dövriyəyə buraxıldı. Ancaq biz də hesab edirik ki, taksi fəaliyyətilə bağlı sahədə qiymət siyasəti və sağlam rəqabət mühitinə toxunmadan müəyyən islahatlar mütləq aparılmalıdır.

Təbiidir ki, biz hamımız ödədiyimiz pulun müqabilində normal xidmətdən istifadə etmək istəyirik. Nə qədər də ucuz saysaq, hər halda, taksilər bizi pulsuz harasa aparmır. Və əminliklə deyə bilərik ki, bu qiymət siyasəti onlara və təmsil olunduqları firmalara xeyir etməsə, bir kilometr də yol sürməzlər. Deməli, burada qalır müştəri məmnuniyyəti. Heç bu barədə düşünürükmü?

Etiraf edək ki, bu gün fəlaiyyət göstərən taksilərin böyük əksəriyyətinin maşınları və sürücülərin mədəni səviyyəsi həmin xidməti aparmağa adekvat deyil. Jurnalist olduğumuzu bilən bir neçə taksi şoferi səbirsizliklə qitymətin nə vaxt qalxacağı ilə maraqlanırlar. Yəni çox da özümüzü yormayaq, qiymətin qalxmasını birinci taksi şoferlərinin özləri gözləyir.

Ancaq biz hamımız qiymətin elə indiki vəziyyətdə qalmasını, lakin təmiz və təhlükəsiz taksi istəməliyik. Dünyada, lap elə Naxçıvanda taksi sahəsində qayda qanuna, qalstuklu, üzü qırxılmış taksi sürücüləri olmasına nəzər yetirsəniz, bunun Bakıda da tətbiqini istəyərsiniz. Naxçıvandakı taksilərin hamısı təzədir. Sürücülər xüsusi uniformada sükan arxasında oturur, qiymətlər isə çox münasibdir. BNA bunu bacararsa, buyursun , Bakıda da etsin. Bunun nəyi pisdir ki?

Dəfələrlə olub ki, taksi sürücüləri sərnişinlərin haqqını tapdalayanda onlar şikayət etməyə ünvan tapmayıblar. Necə olur 189, 9933, 9111 və s. kimi yerli taksi xidmətləri dövlətə vergi verir, amma “Bolt” və “Uber” vermir? Hətta vergi verməyən taksi xidmətlərindən birinin rəhbərliyində ermənilərin təmsil olunduğu bildirilir.

Yadınızdadırsa, illər əvvəl biz Bakıda kondisionersiz, köhnə, yollarda qalan avtobuslarda gəzirdik. İndi isə Bakıda “Baku Bus”da gəzəndə ürəyimiz açılır. Bunu nə tez unutduq? Sabah da bütün taksilərimiz ucuz qiymətə xidmət göstərən komfort taksilər olsa pis olarmı? Nazirlər Kabinetinin 73 saylı qərarı taksi xidmətində reformları labüd edir. BNA burada sadəcə icraçıdır. Heç bir qurum kimisə metro, avtobus və ya taksidə gəzməyə məcbur edə bilməz. Amma əgər pul veririksə, buna uyğun xidmət tələb etmək bizim haqqımızdır. Bir faktı da qeyd edim ki, ölkənin bütün sahələrindəki qiymət tənzimləməsini Tarif Şurası həyata keçirir. Hansısa bir qurumun nəqliyyat kimi strateji sahəyə cavdeh olması çox vacibdir. BNA-yə qədər bu sahədə heç bir tənzimləmə yox idi və pullar marşrut sahibləri olan şəxsi adamların cibinə axırdı. Bu islahatı hansı qurumun aparılması müzakirə mövzusu ola bilməz. Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi xidmətindən istifadə etmək istəyirik. BNA bunu həyata keçirməyi bacaracaqsa, buyursun..

Azinforum.az

Həmçinin oxuyun

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …