Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Manşet / “Biz Rusiya sülhməramlılarının çıxarılmasını yox, həddini aşmamasını tələb edirik” – VİDEOMÜSAHİBƏ

“Biz Rusiya sülhməramlılarının çıxarılmasını yox, həddini aşmamasını tələb edirik” – VİDEOMÜSAHİBƏ

Böyük Dayaq Partiyası (BDP) Təşkilat Komitəsinin sədri Mirkazım Seyidov Azsiyasət.com saytına videomüsahibə verib.

M.Seyidov müsahibədə Rusiya sülhməramlılarının fəaliyyətindən danışıb. O qeyd edib ki, Rusiya sülhməramlılarının atdığı bir sıra addımlar həm Azərbaycan qanunlarına, həm də 10 noyabrda imzalanan üçtrəfli razlaşmaya tamamilə ziddir.

BDP TK-nin sədri hesab edir ki, Türkiyə sülhməramlılarının Qarabağa gəlməsinin əhəmiyyəti günbəgün artır və bu proses tezliklə həyata keçirilməlidir. Çünki Rusiyada bəzi dairələrin Qarabağda xəritələrlə bağlı təxribatlarının şahidi oluruq. Eyni zamanda, ermənilər məhz sülhməramlıların diktəsi altında silahlandırılır. Ermənistan hərbçiləri də qanunsuz olaraq hələ də Dağlıq Qarabağda saxlanılır.

M.Seyidov təmsil etdiyi partiyanın təşkilat komitəsinin üzvləri ilə bərabər bütün bu məsələlərlə bağlı onlayn görüşlər keçirdiyini də bildirib. 

Azinforum.az həmin videomüsahibəni təqdim edir:

Həmçinin oxuyun

“Vüqar Səfərli işi” iş adamı Mehrac Babayevi də “udur” – cinayət dosyesi

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …