Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Biz nədən susmuşuq??? – Elmar Məmmədov yazır

Biz nədən susmuşuq??? – Elmar Məmmədov yazır

“Təbliğat” sözü bizə çirkin əməllər xatırladır. Biz örgəşmişik ki, təbliğat hər zaman yalançıdır və ictimai fikrinin manipulyasiyasına istiqamət verir.

Lakin bunun alternativ termini nədir? Məlumatlandırma? Yaxşı, onda gəlin ondan istifadə edək. Və, hal-hazırda Rusiyanın TV kanallarında baş verən həmin təbliğat vakxanaliyaya (bu sözün ən neqativ mənasında) müşahidə edərək, mən, bizim KİV beyənəlxalq səviyyəsində susmasına daha çox heyrət qalıram.  Bəli, biz bizim “gərb qonşularımızın” təbliğat və feyklərinə artıq örgəşmişik. Lakin dünən mənim səbrim daşdı! Biz nədən susmuşuq??? Yox, heç bir qorxulu hadisə baş verməyib. Mən sadəcə RBK kanalında Kəlbəcərdən reportajı izlədim. Və çox qorxunc bir nəticəyə gəldim…

Bizim susmayan qonşularımız son 30 ili, onlar tərəfindən işğal edilən torpaqların əslində onların qədimi torpaqları kimi şiddətli təbliğata həsr etdilər. Və həmin Rusiyada, bundan başqa heçnə eşitməyən bir nəsil yetişib.

Və əgər Rusiya TV-nın hansısa “oxuyan quşları” öz pullarını işləyir və ya erməni əcdadların hesabına məlumat yayırlarsa, bu halda gənc jurnalistlər bütün eşitdiklərinə səmimiyyətlə inanırlar!

Hala-hazırda bir çoxları üçün “Dağlı Qarabağ”, “DQR”, “Artsax” və s. heç keçmiş DQMR ərazisinə aid deyil, ermənilərin nəzarəti altında olan hər şeyə

aiddir! Və jurnalistlər səmimiyyətlə düşünürlər ki, həmin ərazilər nə vaxtsa erməni muxtariyyətə aiddir, ki, oraların hər yerində “tarixi yaşayan”

ermənilər olub və bütün bu illər ərzində bu Azərbaycanın iddia etdiyiErmənistanın əraziləri olub! Kəlbəcərdən reportaj. “Bu rayon müqavilə iə Azərbaycana verilib”.

Qaytarılmayib, verilib! Yəqin ki, “qənimət” kimi. Jurnalist səmimiyyətlə bu cür düşünür! Sonra. “Bir çox ermənilər öz evlərini yandırırlar ki, azərbaycanlılara qalmasın”. Axı bu onların evləri deyil! Onlar onları tikməyiblər! Bu 1993 ildə ermənilər tərəfindən şaxtada avtomatlarla heçnəsiz qovduqları Azərbaycanlıların evləridir! Lakin jurnalistin bu barədə sadəcə olaraq, məlumatı yoxdur, anlayırsınız? “Qarabağlılar Kəlbəcərdə öz evlərini yandırırlar”. “Qarabağlılar” orada necə ola bilirlər? Lakin jurnalistin bu barədə məlumatı yoxdur.  Oradakı kilsəni göstərir.  Necə ermənilər gəliblər sağollaşmağa, “yadigar olaraq divarlardan tikələri sökənləri”. Barbarlığın dərəcəsinə baxın!

Lakin bu tənqid olunmur. Ermənilərə olar. Və sonra “ermənilər əmin deyillər ki, birdə bura qayıdacaqlar” haqqında qəmli kəlmələr. Bağışlayın, necə? Turist kimi? Əgər ölkələr arasında normal münasibət olsa, niyə də yox? Ya da sahib kimi? Jurnalistin heç anlayışı yoxdur ki, kilsə albanlarındır, ermənilərin deyil, və o indi, hələ də Azərbaycanda yaşayan və öz xristian dininə xidmət edən Alban xristianları-udinlərə geri qaytarılmalıdır. Ermənilər isə sadəcə onu mənimsəmişdilər. Bu kimi yüzlərlə məsəllər var. Və sual yaranır: nədən biz bu jurnalistləri dəvət etmirik, niyə həqiqəti danışmırıq? Nədən biz bu həqiqəti vikipediyada, forumlarda və tarixi saytlarda yazmırıq? Nədən press- konfranslarda danışmırıq və dünya mətbuatında yazmırıq? Nə oldu, bütün mətbuat ermənilərindir? Niyə bəs? Kimdir günahkar? Haradadır bizim diasporlar, haradadır bizim Səfirliklərimiz? Niyə bizim Moskvadakı səfirliyimiz jurnalistləri dəvət etmir və hər şeyi sadə və asan dildə, xəritə və şəkillərlə izah etmir, nəyin harada olmasını nə vaxt və kimə məxsus olduğunu demir? Bəs niyə yoxdur bunlar? Harada?

Müharibə zamanı mən feysbukda nələri izlədim? Dalaş və söyüşlər, çirkinlik və ittiham mübadiləsi, qarşılıqlı təhqirlər və qeyri-senzur ifadələr.

Nədən? Niyə biz bucür yollardan istifadə edirik? Bu bizim üslubumuz deyil!

Ona görə də uduzuruq. Ləyaqətini qorumaq, mədəni olmaq, lakin emosiyalarla yox, arqumentlərlə sıxmaq lazımdır!

Heçmi mütəxəssislərimiz yoxdur bizim?

Beləliklə indi, müharibədən sonra məlumatlandırma vaxtı gəlib. Təbliğat yox, feyklərin yox, yalanların yox – məhs məlumatlandırmanın – düzgün, səlahiyyətli, arqumentlərlə və faktlarla. Lakin kütləvi! Bəli, bu asan deyil. Bəli savadlı və mədəni peşəkarlar lazımdır. Bəli hardasa yəgin, hətta pul (səfərlərə, bukletlər və digər vəsaitlərin nəşrinə, filmlərin çəkilişinə və s.) da lazımdır. Lakin biz bunları etməsək, yenə 10-20 ildən sonra münaqişə

yenə yaranar və bütün bu jurnalistlər yenə səmimiyyətlə “iztirablı ” ermənilərin dərdinə şərik olacaqlar. Baxın onların məmuru istefaya getdi – nə dedi o? “Nəsil artırma ilə məşğul olacam, bizə çoxlu adamlar lazımdır ki, biz udaq”. Anlayırsınız? O, uşaq dünyaya gətirib və “Böyük Ermənistan” xətrinə ətçəkən maşına verməyə hazırdır! 1945 ildə Almaniyadan fərqli olaraq. Beynində heç bir dərketmə, heç bir “maarifləndirmə” baş verməyib! Biz? Maşınları sürüb  bayraqları yelləyirik? Təbii ki, bu da lazımdır. Lakin bu bizi gələcək   problemlərdən xilas etmir.

Beləliklə – əziz Azərbaycan Hakimiyyəti! Anlayın nəhayət ki, məlumatlandırma ilə məşğul olmaq lazımdır. Mütəxəssisləri, maliyyə dəstəyi tapıb iradənizi göstərin! XXI əsrdə məlumat müharibəsi silah müharibəsindən daha vacibdir. İndi isə – daha çox! Yalan danışmq lazım deyil, qoy onlar yalan danışsınlar. Biz düz olanı danışmalıyıq. Biz deməliyik

onu! Sosial şəbəkələrdə yox, dünya mediyasında və dünya KİV dili ilə. Necə? Siz hakimiyyətsiniz – bu sizin öhdəliyinizdir! Bloq və sosial şəbəkələrdə biz bacardığımızı edirik, lakin bu panaseya deyil, bu dənizdə olan bir damcıdır. Qoy dünyada olan səfirliklərimiz pres-konfranslar çağırsın, danışa bilən və mövzunu anlayan mütəxəssisləri dəvət etsinlər. Və qoy onlar danışsın! Əks halda hər şey yenidən başlayacaqdır…

Elmar MƏMMƏDOV,

Azərbaycan – Ukrayna Beynəlxalq Alyansının sədri 

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …