Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Birlik sədri: “Ağcabədinin baş həkimi şəhid Milli Qəhrəmanın anasını təhqir edərək, otağından qovub”

Birlik sədri: “Ağcabədinin baş həkimi şəhid Milli Qəhrəmanın anasını təhqir edərək, otağından qovub”

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirov Şəhid Milli Qəhrəmanın anası Gözəl Abdullayevanı kabinetindən qovub. Bu barədə məlumatı Azinforum.az saytına Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı verib. Birlik sədri hadisə ilə bağlı ölkə başçısına müraciət etdiyini bildirib. Azinforum.az həmin müraciəti olduğu kimi təqdim edir:

“Möhtərəm Prezident! Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 198 Şəhid Milli Qəhrəman ailələrinin üzləşdikləri problemlər barədə Sizə ünvanladığım müraciətlər hələ də öz həllini tapmayıb. Hətta bu müddət ərzində bəzi məmurların bu kateqoriyadan olan insanlara qarşı harın, aqresiv münasibəti daha da artıb. Bugünlərdə baş verən anoloji bir hadisəni diqqətinizə çatdırıram. Azərbaycanın Şəhid Milli Qəhrəmanı Abdullayev Namiq Vahid oğlunun 71 yaşlı anası Gözəl Abdullayeva mənə zəng edərək, ana fəryadı çəkərək, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən şəhid anasına yaraşmayan tərzdə təhqirlərə məruz qalaması barədə məlumat verib. Şəhid Milli Qəhrəmanın anasının dediyinə görə, səhətinin pisləşməsi ilə əlaqədar oğllanları – İqbal ve İntiqam tərəfindən təcili olaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Orda həkim müainəsindən keçirtmək istədikdə, xəstələrin çox olduğunu görüb, öğlu İntiqam ilə birlikdə xəstəxananın baş həkimi Fövzi Tahirovun yanına gedib. Şəhid Milli Qəhrəmanın anasının vəziyyətinin ağır olduğu baş həkimin nəzərinə çatdırılıb və ondan xanımı təcili həkim müainəsinə alınması xahiş olunub. Baş həkim Fövzi Tahirov isə Şəhid Milli Qəhrəmanın anasını təhqir edərək kabinetdən qovub. Gözəl Abdullayeva baş həkimə: “mənim övladım Azərbaycanımız naminə canını qurban verərək, Azərbaycanın Şəhid Milli Qəhrəmanı adına layiq görülüb, lakin sən şəhidin yaşlı anası olmağıma baxmayaraq, məni təhqir edirsən” deyib. Fövzi Tahirovun anaya cavabı belə olub: “sənin oğluvun şəhid olaraq Milli Qəhrəman olması məni heç maraqlıandırmır və buna görə də mən nə sizə, nə də şəhid oğlunuza borclu deyiləm, sən haqqını sənə borclu olanlardan tələb edə bilərsən”. Bunları dedikdən sonra o, yaşlı şəhid Milli Qəhrəman anasının qolundan tutaraq, kabinetdən çölə çıxardıb. Buna müdaxilə etmək istəyən oğluna “bu dəqiqə polis çağırtdırıb səni içəri qoyduraram” deyərək, Şəhid Milli Qəhrəman anasını xəstəxanadan qovdurmağa nail olub.

Möhtərəm Prezident!

Azərbaycanın Şəhid Milli Qəhrəmanı ailələrinin üzləşdikləri problemlər barədə ünvanlanan müraciətlər və Şəhid Milli Qəhrəman ailələrinin günü gündən artan problemlərinin əsaslı həll olunması üçün Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin nümayəndə heyyətinin qəbul edilməsi məqsədi ilə Şəhid Milli Qəhrəman ailələrinin imzaları ilə ünvanladığımız onlarla müraciətlərimiz cavabsız qaldığı üçün, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirov Şəhid Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlunun 71 yaşlı anası Gözəl Abdullayevanı ürəyi istədiyi kimi təhqir edərək kabinetdən qovur. 1996-cı il tarixdə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın Şəhid Milli Qəhrəman ailələri ilə görüşü zamanı “kimin nə sözü var?” dedikdən sonra bir Şəhid Milli Qəhrəmanın anası, “Möhtərəm Prezident, bu günə kimi nə diqqət və qayğı görmüşəmsə yalnız Sizdən görmüşəm buna görədə sizə dərin minnətdarlığımı bildirirəm, lakin qeyd etmək istəyirəm ki, mənim övladım şəhid olduğu gündən bu günə kimi hələ yaşadığım Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı bilmir ki, mənim evimin qapısı taxdadandır yoxsa dəmirdən” sözlərini işlətdikdə Ümummilli Liderimiz Heydər Əliyev dərhal həmin rayon icra hakimiyyətinin başçısının işdən azad edilməsi barədə göstəriş vermişdir. Bu göstərişdən sonra bütün məmurlar tərəfindən Azərbaycanın Şəhid Milli Qəhrəman ailələrinə diqqət və qayğı göstərilməyə başladı. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirov tərəfindən 71 yaşlı anaya göstərilən münasibətə görə “şükür” edirik. Allah betərindən saxlasın.

Möhtərəm Prezident!

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirov tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, Abdullayev Namiq Vahid oğlunun 71 yaşlı anası Gözəl Abdullayevanın səhətinin ağır olmasına baxmayaraq, təhqir olunaraq, xəstəxanadan qovmasına aydınlıq gətirərək , Şəhid Milli Qəhrəman anası kimi pozulmuş hüquqlarının qorunmasında köməklik etməyinizi artıq dərəcədə xahiş edirəm. İnanıram ki, Şəhid Milli Qəhrəman ailələrinə qarşı günü-gündən artan problemlərini və ünvanladığımız müraciətləri nəzərə alaraq , Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin nümayəndə heyyətini qəbul edcəksiniz.

Hörmətlə, Birliyinin Sədri, Elşən Uluxanlı “

Azinforum.az olaraq, şikayətdə adı çəkilən baş həkimlə əlaqə saxlamaq cəhdlərimiz səmərə vermədi. Onun da mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …