Çərşənbə , Aprel 24 2019
Ana səhifə / Manşet / Bir əsirlik tarixi olan ata-baba bağları əllərindən alınan vətəndaşlar üsyan edir: “Kərəm Həsənov hara baxır?”+ VİDEO

Bir əsirlik tarixi olan ata-baba bağları əllərindən alınan vətəndaşlar üsyan edir: “Kərəm Həsənov hara baxır?”+ VİDEO

Bakı şəhər sakini Quliyeva Nurəngiz Xanlar qızı və digərləri bir əsrdən artıq bir müddətdir onlara məxsus olan dədə-baba bağ torpaqlarının əllərindən  saxta sənədləşmə yolu ilə alındığını iddia edirlər.  Şikayətçilər bildirirlər ki, onlar  yaranmış narazılıqla bağlı bir sıra dövlət qurumlarına şikayət edib, hətta Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da qəbulunda olublar, ancaq problem bu günə kimi həllini tapmayıb.  Aparılan yeni  sənədləşmə əsasında  bağları başqa vətəndaşlara verilən şikayətçilər bu işdə başlıca təqsirkar kimi Dövlət Reystr Xidmətini görürlər. Azinforum.az vətəndaşların şikayəti əsasında hazırladığı videoreportajı təqdim edir. Videoreportajda adları çəkilən qurumlar və şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

“Quska”nın obyektini aldığı iddia edən Dadaş Rzayev danışdı: “Mən belə alqı-satqıda iştirak etməmişəm”

“Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar …