Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Manşet / Beyləqanda reportaj hazırlayan jurnalisti döyüb, telefonunu sındırıblar – VİDEO

Beyləqanda reportaj hazırlayan jurnalisti döyüb, telefonunu sındırıblar – VİDEO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının önündə vətəndaşların incidilməsilə bağlı reportaj hazırlayan jurnalist, Realmedia.az saytının rəhbəri Ramil Məhəmmədoğlu həmin xəstəxananın daxili mühafizəçiləri tərəfindən döyülüb. Jurnalist Azinforum.az-a açıqlamasında bildirib ki, əvvəl mühafizə ondan çəkilişi dayandırmağı tələb edib: “Mən öz peşə fəaliyətimlə məşğul olduğumu dedim. Əlimdən telefonların alıb, çəkilişləri silmək istədilər. Mən vermədim. 3-4 nəfər mühafizəçi məni bərk döyüb, xəsarət yetirdilər. Telefonumu isə sındırdılar. Hazırda Məhkəmə Tibbi Ekspertizası mənə yetirilən xəsarətlə bağlı rəy hazırlayır. Bu hərəkəti jurnalist fəaliyyətimə qarşı qanusuz müdaxilə sayıram və hüquq mühafizə orqanlarından məsələnin araşdırılaraq, günahakrların məsuliyyətə cəlb edilməsini tələb edirəm”.

Hüseyn, Azinforum.az

Həmçinin oxuyun

“Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov şəhidin mənzilini başqasına satıb ?- MTK dan ŞOK FAKTLAR

“Qızın 2 adaxlısı”, mənzilin isə 3- 4 sahibi var…Emil kimi iş adamlarını Qarabağa mina təmizləməyə …