Cümə , Oktyabr 19 2018
Ana səhifə / Manşet / BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvət VİDEOSU-Ramiz Zeynalov hara baxır?

BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvət VİDEOSU-Ramiz Zeynalov hara baxır?

Dövlət Yol Polisinin fəaliyyətindən narazılıqlar davam etməkdədir. Maraqlıdır ki, Baş Dövlət Yol Polisinin tabeliyində olan qurumlarda tüğyan edən rüşvətxorluq haqda ən müxtəlif məzmunlu şikayətlər, görüntülər yayımlansa da, rəhbər şəxslərin, necə deyərlər, tükü də tərpənmir. Ən uzağı yayılan məlumatlar, materiallar müxtəlif yollarla “zərərsizləşdirilir”.

Təsadüfi deyil ki, ölkədə rüşvətxorluğun geniş yayıldığı sahələrdən söz düşəndə DYP sisteminin adı ilk sıralarda çəkilir. Bu qurumun fəaliyyətindən narazılıqlar bəzən hətta parlament səviyyəsində də müzakirəyə çıxarılır, lakin nəticə olmur ki, olmur.
Bu günlərdə bir sıra elektron KİV-lərdə yayılan videogörüntüdən aydın olur ki, BDYPİ-nin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində rüşvətxorluğun, korrupsiyanın son həddidir.
Təqdim olunan çəkilişin ümumi mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, istənilən şəxs xarici ölkələrdən gətirdiyi nəqliyyat vasitəsini adına sənədləşdirərkən, həmin şəxsi Qeydiyyat-imtahan şöbəsində məqsədli şəkildə əlavə xərcə və getgələ salırlar. Hətta həmin şəxsdən lazımsız sənəd də tələb edirlər. Sənədləşmə işləri başa çatdıqdan sonra avtomobil sahibi rəhbərliyin adına ərizə yazmalı və onu xanım əməkdaşa təqdim etməlidir. Buna görə də avtomobil sahibinə ərizə (nümunə) forması təqdim olunmalı olduğu halda, qarşı tərəf heç bir halda belə bir addımını atmır. Sadəcə olaraq xanım əməkdaş ərizə formasına bir neçə söz yazmaqla hər kəsdən 10 (on) AZN alır və buna görə də bir kimsəyə qəbz verilmir. Belə bir addımların atılması onu sübut edir ki, bütün bunlar həm ciddi qanun pozuntusudur, həm də rüşvətxorluğun tüğyan etməsinə səbəb olan amillərdir. Nə üçün adicə adı çəkilən şöbədə hər kəsdən bir ərizə formasına görə 10 manat pul tələb olunur? Ortaya növbəti bir sual da çıxır, görəsən toplanan pullar hansı büdcəyə daxil olur? Yaxud da, daxil olurmu? Təbii ki, bu suallara BDYP-dən cavab almaq qeyri-mümkündür. Hələlik sözügedən videonu təqdim edirik:

Həmçinin oxuyun

Könül Quliyeva Etimaddan yazdı- “Aramızda gəzən şəhid kimi baxırdım ona…”

Qarabağ işğalda qaldıqca Etimad Əsədovun ruhu rahat olmayacaq! Həyatımın hər dönəmində çox ağır itkilərim olub. …