Bazar ertəsi , May 10 2021
Ana səhifə / Manşet / “Baydenin bəyanatından sonra Türkiyə – Rusiya münasibətləri yaxınlaşacaq”

“Baydenin bəyanatından sonra Türkiyə – Rusiya münasibətləri yaxınlaşacaq”

ABŞ Prezidenti Co Baydenin bəyanatı fonunda Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma baş verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Vətən” Partiyasının sədri Doğu Perinçek TASS-a müsahibəsində bildirib.

“Onun bəyanatından sonra Türkiyə ilə Rusiyanın münasibətləri birmənalı olaraq yaxınlaşacaq. Baydenin bəyanatı Türkiyəyə qarşı, Asiyaya qarşı, Rusiya və Çinə qarşı hücumdur”, – siyasətçi bəyan edib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin bu sözləri Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın administrasiyasını devirmək istəyini bir daha təsdiqləyib. Perinçek hesab edir ki, gələcəkdə Vaşinqton Rusiya və Çinə qarşı yeni tədbirlər də görə bilər.

Daha əvvəl ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırım” ifadəsini işlədib.

Doğu Perinçek 

Həmçinin oxuyun

Yevlaxın icra başçısının imarətində müəmmalı intihar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi …