Bazar ertəsi , May 27 2024
Ana səhifə / Manşet / Bayden: İranın İsrailə hücumu uğursuz oldu

Bayden: İranın İsrailə hücumu uğursuz oldu

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə qazanıb.

Bu barədə CNN mənbələrə istinadən xəbər yayıb.

Onların sözlərinə görə, Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.

Telekanal ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib

Həmçinin oxuyun

Naxçıvanın Baş naziri Ali Məclisə göndərilən təqdimatı niyə geri götürüb?-3 nazir təsdiqlənmədi

Xəbər verdiyimiz kimi, mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası …