Bazar ertəsi , May 27 2024
Ana səhifə / Manşet / Bakının qonağı olan: ərəb və rus turistlərin fərqi

Bakının qonağı olan: ərəb və rus turistlərin fərqi

Bugünlərdə jurnalist dostlarımızdan biri ilə axşam saatlarında şəhərin mərkəzində- “Torqovı”da gəzişirdik. Gördüyüm mənzərə məni heyrətləndirdi. Yerli sakinlərdən çox ərəb və Asiya ölkələrindən olan (hindistanlı, pakistanlı) turistlərə rast gəldik.

Onları daha çox hansısa yungüləxlaqlı xanım təsiri bağışlayanlara “padxod” etməyə cəhd edən və ya həmin ərazidə sayın durmadan artan “gecə klubları”nın önündə boyunlarını bükən vəziyyətdə görmək mümkündür.

Həmkarım dedi ki, “İçəri şəhər” kimi tanınan ərazidə də çoxlu sayda turistə rast gələ bilərik, ancaq onların davranışları və maraq dairələri tam fərqlidir.

Getdik, doğrudan da deyilən kimidir. “İçəri şəhər”də daha çox Rusiyadan gələn slavyan görkəmli turistlər gözə dəyir.

Onları restoranlarda mədəni şəkildə oturub, xüsusi zövqlə Azərbaycan mətbəxindən yeməklər dadlıqlarını, ya da bələdçilərin köməyi ilə tarixi abidələrlə tanış olduqlarını görmək mümkündür.

Bu gün səhər “Ağ şəhər”in yaxınlığında olan “Nizami” parkında oldum. Burada gəzən çoxlu sayda rus turistlərə də “qidlər”in parkın qədim tarixi və Nobel qardaşları ilə bu məkanın hansı əlaqələrinin olması haqda məlumat verildiyini gördüm.

Amma etiraf edim biz də Rusiyaya gedəndə teatr, muzeylər, tarixi yerlərdən daha çox başqa yerlərə üz tuturuq. Deyəsən, bu məsələdə uzun illər vahid dövlətin tərkibində yaşadığımız ruslara deyil, din qardaşlarımız ərəblərə oxşamışıq.

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

Axtarışda olan xanım müğənni qandalsız Azərbaycana döndü -Video

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər …