Cümə , Sentyabr 18 2020
Ana səhifə / Manşet / “Bakı-Xəbər” qəzetinin redaksiyasında dəyirmi masa keçirildi – FOTO

“Bakı-Xəbər” qəzetinin redaksiyasında dəyirmi masa keçirildi – FOTO

“Bakı-Xəbər” qəzetinin redaksiyasında Azərbaycanın tanınmış ziyalılarının-İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilovun, tanınmış sənətşünas-kultroloq Binnət Hümbətoğlunun, “Ədalət” qəzetinin şöbə müdiri, tanınmış şair, əməkdar jurnalist Əbülfət Mədətoğlunun, şair Əziz Musanın, “Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini, tanınmış yazıçı-publisist Fariz Çobanoğlunun, populyar “Elmi iş” jurnalının baş redaktoru Mübariz Binnətoğlunun, tanınmış ictimai xadim Aktay Mirzəyevin iştirakı ilə qəzetin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyə dəstəyi ilə həyata keçirdiyimiz üç mövzu -Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycançılıq ideyasının təbliği və Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi mövzuları ətrafında dəyirmi masa keçirilib.


Dəyirmi masada müzakirə edilən mövzu haqqında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev iştirakçılara ətraflı məlumat verdi və qeyd etdi ki, hər üç layihəni icra etmək üçün qəzetin kifayət qədər potensialı, imkanı var. A.Quliyevin sözlərinə görə, lakin hər üç mövzu Azərbaycan xalqı üçün taleyüklü məsələ olduğu və hər kəsi düşündürdüyü üçün burada hər bir Azərbaycan vətəndaşının, xüsusən də ölkənin tanınmış ziyalılarının, ictimai-siyasi xadimlərinin, ictimai rəyə təsir edən insanların da iştirakı arzu ediləndir. A.Quliyev bildirdi ki, qəzetimizlə daim əməkdaşlıq edən, ekspert kimi çıxış edən ölkənin bütün ziyalıları, elm və fikir adamları layihələrdə həm yazılarla, həm fikir və təkliflərlə, həm də ekspert kimi yaxından iştirak edə bilər. Dəyirmi masada iştirak edən ziyalılar baş redaktorun bu təklifini olduqca maraqla qarşıladılar. Onlar qeyd etdilər ki, hər üç layihələr xalqımız, dövlətimiz, dövlətçiliyimiz üçün çox əhəmiyyətlidir və həmişə olduğu kimi “Bakı-Xəbər” yenə də xalq, dövlət üçün böyük əhəmiyyət kəsb edən məsələləri diqqətdə saxlayır.

Həmçinin oxuyun

“Zakir Fərəcov mənə yazdırdığı kitabın pulunu vermir” – VİDEO

Tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov Azinforum.az-a müsahibə verib. O, müsahibəsində son vaxtlar korrupsiya ilə mübarizə …