Cümə , Noyabr 27 2020
Ana səhifə / Manşet / BAKI KÜÇƏLƏRİNDƏ BÖYÜK İZDİHAM – Xalq orduya dəstək məqsədilə küçələrə çıxdı (VİDEO, FOTO)

BAKI KÜÇƏLƏRİNDƏ BÖYÜK İZDİHAM – Xalq orduya dəstək məqsədilə küçələrə çıxdı (VİDEO, FOTO)

Bu gün axşam saatlarından başlayaraq Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı və Sumqayıtda “Qarabağ” şüarı ilə çoxminli yürüş-mitinqlər keçirilib. 

Azinforum.az  xəbər verir ki, Bakının mərkəzi küçələrində “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə” şüarı altında gənclərin yürüşləri gecə saatlarınadək davam edib. İzdiham Prezident Administrasiyasının qarşısından keçərək Şəhidlər Xiyabanına doğru irəliləyib. Şəhidlər Xiyabanının qarşısında izdihamlı mitinq baş tutub.   . 

Beləliklə, Azərbaycan xalqı, gəncliyi MÜHARİBƏ və QİSAS tələb etməyə başlayıb. 

Qoy, bu yürüşlər bizi Qarabağda zəfərə aparan yolun başlanğıcı olsun!

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.

Həmçinin oxuyun

Ağsunun icra başçısı vəfat etdi

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib. Azinforum.az xəbər verir ki, …