Şənbə , Fevral 27 2021
Ana səhifə / Manşet / Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova tələbəni təhqir etdi – “Bizə şam tutan lazım deyil” – VİDEO

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova tələbəni təhqir etdi – “Bizə şam tutan lazım deyil” – VİDEO

Azinforum.az xəbər verir ki, ökəmizdə koronavirus (Covid-19) pandemiyası səbəbi ilə karantin rejimi elan olunub. Bununla əlaqədar məktəb, universitetlər və hazırlıq kursları distant online təhsil sisteminə keçib.
Noyabrın 2-dən başlayaraq ölkədə tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə başlanılıb. Müəllimlər “Microsoft Teams”, “Zoom”, “Skype”, “Watsapp” kimi proqramlardan istifadə etməklə dərs keçməyə çalışırlar. Lakin bu tədris sistemində,bir sıra problemlər müşahidə edilir.
Araşdırması zamanı məlum olub ki, eyni zamanda valideyin-müəllim münasibətində də xüsusi bir aqressivləşmə yaranıb. Müəllim uşaqdan dərs soruşmursa, artıq onlar arasında gərginlik yaranır.

Onlayn dərsdə müəllimin şagirdi təhqir etməsi, ümumiyyətlə, qəbul olunmaz bir haldır. Xatırlayırsızsa, bir müəllim uşağa “korsan?” demişdi. Hansı müəllimlər belə aqressivləşir? O müəllimlər ki, onlar ənənəvi təhsil sistemində fiziki cəzaya daha çox yer verdikləri üçün, uşaqları daha çox döyüb, əzib, təhqir edib, qorxutmaqla öyrətdikləri üçün bugünkü gündə onların nəticələri olduqca aşağı və nəinki şagird, müəllimin özü aşağı davranış sərgiləyir. Nəzərə alsaq ki, onlayn dərsə direktorlar, onların müavinləri nəzarət edir və müəllim onlayn dərsdə uşaqları təhqir edir, bu bağışlanmaz hal kimi qəbul edilir. Müəllimlər onlayn dərs sisteminə yeni keçid etdikləri üçün problem elə buradan qaynaqlanır.

Bu gün sosial şəbəkələrdə bu cür anormal, gündəm hadisələrindən biri də Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova online imtahan vaxtı, sinif nümayəndəsi azyaşlı qızı “şamtutan” deyə təhqir etməsi olub. 

Paylaşılan video da açıq aşkar görünür ki, kollec direktoru online dərs zamanı küçə sözlərindən istifadə edir, şagirdi alçaldır.Bəs siz övladınızı belə ağır təhqir olunan təhsil ocağına buraxarsınız?
Ümid varıq ki, bu yazıdan sonra Təhsil Nazirliyi sözügedən məktəbin direktoru haqqında ciddi tədbir görəcək .Hətta onu işindən kənarlaşdıracaq.
Həmin videonu sizlərə təqdim edirik…

Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq. 

Həmçinin oxuyun

Prezident Ermənistandakı hadisələrə münasibət bildirdi

Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük …