Şənbə , Dekabr 10 2022
Ana səhifə / Manşet / Babək Səmidlinin səsinin kimin tərəfindən yazıldığından hansı çevrələr məlumatlı olub?

Babək Səmidlinin səsinin kimin tərəfindən yazıldığından hansı çevrələr məlumatlı olub?

Babək Səmidlinin səsi yayılanda mənim mövzuya münasibətim fərqli oldu. Bu gün baş verənlər mənim haqlı olduğumu bir daha sübut etdi. Mən həmin səs yazısını Dövlətimizə, Ordumuza qarşı bir təxribat kimi dəyərləndirmişdim.

Məlum mövqeyimə aid yazını şərh bölümündə paylaşacam. Təəssüf ki, həmin vaxt hökümət tərəfindən bəslənən və aylıq yaxşı paketlər alan bir qrup “hərbi ekspertlər” və saytlar bu mövzunu tam fərqli rakursdan “raskrutka” edirdilər.

Əgər silməyiblərsə, kimin nə yazdığı və nə danışdığı ortadadır. Sanki bir qrup şəxs diqqəti əsas mövzudan yayındıraraq, Babək Səmidlinin səs yazısını yalnız Ordudakı korrupsiya hallarına yönəltməyə çalışırdılar. Səsin niyə və kim tərəfindən yazıldığı, niyə məhz indi və xaricdə fəaliyyət göstərən sayt vasitəsilə dövriyyəyə buraxıldığı ilə bağlı fikirlərə yer verilmirdi.

Bu aspekti qabardan adamlar sosial şəbəkələrdə linc edilirdi. Araşdırmalarım zamanı müəyyən etdim ki, proses vahid mərkəzdən, koordinasiyalı şəkildə idarə edilir.

Ancaq bir qrup şəxs, xüsusilə də müxtəlif səbəblərə görə ordudan tərxis edilmiş adamlar bu mövzda aşırı fəallıq göstətirdi. Onlarda hətta bəziləri mənə zəng edərək “nə təxribat, həmin səs yazısı tanınmış bir iş adamı tərəfindən yazılıb, mən ona çoxdan qulaq asmışam. Bilirsən , o adam Orduya nə qədər yardım edib?” sözlərini də dedi. Sonra mən eyni tezisə sözügedən qrupa aid müxtəlif adamların statusları və şərhlərində rast gəldim. Yəni məqsədli şəkildə diqqəti səs yazanın personasından uzaqlaşdıraraq Səmidlinin dediklərinə yönəldirdilər.

Ancaq nə qədər soruşsam da, mənə zəng edən adam həmin iş adamının kim olduğunu demədi. Deməli, buradan belə nəticə hasil olur ki, keçmiş hərbçilərdən ibarət olan bu qrupda məlum səs yazısının kim tərəfindən yazıldığı barədə dəqiq məlumat olub. Onda isə niyə səsi yazan həmin iş adamının adını ictimailəşdirməyiblər?

Fərhad Əhmədov bu səsi təxribat məqsədilə səmimi niyyətlə, ölkəmizə kömək etmək, ordudakı korrupsiya hallarını ifşa etmək məqsədilə yazırdısa, niyə onu ölkə rəhbərliyinə yox, xaricdəki media resurslarına təqdim edib? Başqa bir sual: niyyəti saf olan adam niyə öz səsini dəyişərək həmin səs yazısını dövriyəyə buraxır?

İndi məndə belə qənaət yaranır ki, Orduda güya korrupsiya ilə mübarizə apardıqları adı altında pərdələnən və əsasən sabiq hərbçilərdən ibarət olan bu qrupun Fərhad Əhmədovla birbaşa olmasa da, hansısa açar fiqur vasitəsilə əlaqələri olub. Bax bu açar şəxsin kim olduğunu aydınlaşdırmaq isə müvafiq dövlət qurumlarının işidir.

Özlərə işlədikləri dönəmdə təpədən dırnağa qədər korrupsiya içərisində olan bu adamlar, indi bloger, hərbi ekspert, səhifə admini adı altında pərdələnərək, qalib Ordunu nüfuzdan salmaq kimi təxribatcı əməllərlə məşuldurlar.

Mən demirəm ki, Ordumuzda vəziyyət idealdır. Büdcədən ən çox maliyyə ayrılan bir qurum olaraq oranın üzərində ictimai nəzarət mütləq olmalıdır. Ordudakı neqativliklər tənqid edilməlidir, ancaq bunu belə mövzular barədə danışmağa mənəvi haqqı olanlar etməlidir. Təxribatçı məqsədlə dövriyyəyə buraxılan səs yazısına verilən dəstək səviyyəsində yox!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyində gənc xanım işçinin başına hansı müsibətlər gətirilib? – Sensasiyalı məktub

Azinforum.az saytına sensasion bir müraciət daxil olub. Müəyyən etik səbəbləri əsas göstərən müraciət müəllifi  adının  konfidensial saxlanmasını …