Bazar , Yanvar 24 2021
Ana səhifə / Manşet / “Babək” prospektindəki kütləvi ağac kəsimini kim həyata keçirib?- FOTO

“Babək” prospektindəki kütləvi ağac kəsimini kim həyata keçirib?- FOTO

Yenicə təmiri başa çatan paytaxtın “Babək” prospektindən  yayılan görüntülərdə  maraqlı mənzərə üzə çıxıb.  Belə ki, 8 km istiqamətindən şəhərin mərkəzinə doğru  hərəkət edərkən , prospektdən  “Ağ şəhər”ə  ayrılan yolla üzbəüz, körpüyə az qalmış ərazidə  olan  yaşıllıq kütləvi şəkildə  məhv edilib.

Azinforum.az- ın həmin ərazidə apardığı araşdırmadan sonra məlum olub ki, dəmir yolunun kənarında olan həmin yaşıllıq ərazi prospektdə təmir gedərkən hasarlanıb, sonra ağacların   kütləvi qırılması həyata keçirilib. Fotodan görünür ki, məhv edilən yaşıllığın yerində hansısa  yeni “obyektin” tikintisi planlaşdırılır.  Ərazi aparıcı magistralın düz kənarında olduğu üçün, olduqca baha qiymətə satıldığını təxmin etmək olar.  Həmin yerin tanınmış bir iş adamı tərəfindən sabiq icra başçısı Razim Məmmədovun xeyir-duası ilə qəsb edildiyi bildirilir.  Yəqin ki,  bu  hərəkət vəzifəsindən iki gün əvvəl azad edilən Xətainin sabiq icra başçısı  Razim Məmmədovun  yaşıllıqlara necə qənim kəsildiyinin  son mənzərəsi sayıla bilər. Güman edirik ki, əlaqədar qurumlar bu qanunsuzluğun qarşısını tez bir zamanda almaqda maraqlı olacaqlar.

Çinarə SEYİDOVA,

Azinforum.az

 

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …