Şənbə , Yanvar 23 2021
Ana səhifə / Manşet / “Bəs bizim milli, dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmır?” – İlham Əliyev

“Bəs bizim milli, dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmır?” – İlham Əliyev

“Abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Dəfələrlə biz bu məsələni qaldırmışıq. Beynəlxalq kürsülərdən qaldırmışıq. Tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib.

Dəfələrlə o videoları biz göstərirdik. Ağdam məscidi, Şuşa məscidləri, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.

Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı deyib.

“Zəngilan işğaldan azad olunandan sonra Zəngilan rayonunda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən təhqir edib bizim dinimizi. Bütün müsəlmanları təhqir edib.

Burda məscid olub, indi yoxdur, dağıdıblar. İndi bu gün bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs bizim milli, dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmır?”.

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …