Cümə , Dekabr 1 2023
Ana səhifə / Manşet / “Azinforum”un xəbəri rəsmən təsdiqləndi – Sabiq nazirin qardaşının məhkəməsi başlayır

“Azinforum”un xəbəri rəsmən təsdiqləndi – Sabiq nazirin qardaşının məhkəməsi başlayır

Bu yaxınlarda Azinforum.az İnformasiya Portalı olaraq, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun  qardaşı  Əvəz Əhmədovun həbs edilməsi ilə bağlı xəbər yaymışdıq. Həmin xəbər bizə istinadən ölkənin bir çox tanınmış KİV-lərində tirajlansa da, mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmamışdı. Bu gün “report”un yaydığı xəbər bizim məlumatın doğru olduğunu bir daha rəsmən təsdiqləmiş oldu. Bildirilir ki,  Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azinforum.az

Həmçinin oxuyun

Tərtər işgəncələrində ittiham olunan polkovnik: “Mən cinayətkar dəstənin üzvüyəmsə, bu dəstənin rəhbəri hanı?”

“Bu hadisələri təşkil edənlər dövlət içində dövlət quranlardır” 2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və …