Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Manşet / “Azad edilmiş kəndi çəkir, yerin adını deyir və əli ilə…” – Jurnalistdən etiraz

“Azad edilmiş kəndi çəkir, yerin adını deyir və əli ilə…” – Jurnalistdən etiraz

Məhəmmədəli Qəribli döyüş bölgəsindən çəkilən videolarla bağlı paylaşım edib.

Azinforum.az xəbər verir ki, jurnalist özünü Laçınlı İlqar kimi təqdim edən şəxsin hərbçi deyil, sadəcə, həmin əraziləri yaxşı tanıdığı üçün, Ordumuzun müəyyən qoşun növlərinə bələdçilik etdiyini bildirib.

M. Qəribli işğaldan azad edilmiş yeni kəndin adının, yerinin, hətta general və polkovnikin də orda olması barədə məlumatların verilməsinin düzgün olmadığını vurğulayıb:

“Döyüş bölgəsindən, xüsusilə də Ordumuzun yeni ələ keçirdiyi və tam möhkəmlənmədiyi ərazilərdən daha çox video yayan adam özünü Laçınlı İlqar kimi təqdim edir. Son yaydığı videolardan birindən aydın olur ki, əslən Laçının Güləbird kəndindəndir.

İlkin qənaətim budur ki, adam hərbçi deyil, sadəcə, həmin əraziləri yaxşı tanıdığı üçün, Ordumuzun müəyyən qoşun növlərinə bələdçilik edir. Dünən onun tərəfindən çəkilən və sosial şəbəkələrdə paylaşılan videolarda bir neçə mühüm məqam diqqətimi çəkdi.

İşğaldan azad edilmiş yeni kəndi çəkir, yerin adını deyir və əli ilə qabağı göstərib deyir ki, general da, polkovnik də ordadır. Çəkilən videoda bu məlumatın xüsusi olaraq qeyd edilməsi nəyə lazımdlr?

Mən demirəm ki, İlqar bunu satqınlıq məqsədilə edir. Ancaq hər nə məqsədlə edirsə, çox böyük yanlışlığa yol verir. Sonra azad olunan yerin adını çəkir və dəfələrlə vurğulayır ki, baxın, kimsə sonra başqa söz deməsin ha, bura ilk ayaq basan biz olmuşuq. Ardınca özü kimi bələdçiyə oxşayan bir-iki dostlarını çəkir.

Bu da onun sevinc hisslərini ifadə etməkdən daha çox , reklama meyilli olmasını göstərir. Həmin İlqarın ordakı əhəmiyyəti barədə nəsə deyə bilmərəm, amma həmin məkanda olması vacibdirsə, mütləq onunla ciddi profilaktik söhbət edilməlidir.

Ən əsası da əlindən smartfonu alıb, xidmətinin dalınca göndərmək lazımdlr. İzah olunmalıdır ki, torpaqlarımız tam azad edilındən sonra, gedib kliplərini həmin ərazilırdən çəkə bilər…”

Həmçinin oxuyun

“Deputat İmamverdi İsmayılov Zakir Fərəcovun əvəzindən “bazarlıq” edir”- Video

Jurnalist Əvəz Zeynallı öz verilişində Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəliyyətini sərt tənqid edib. O, …