Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / “Azəriqaz”ın Baş direktorundan “ikibaşlı” açıqlama: “Ola bilər ki, Ceyhuna daha yaxşı vəzifə verilsin”

“Azəriqaz”ın Baş direktorundan “ikibaşlı” açıqlama: “Ola bilər ki, Ceyhuna daha yaxşı vəzifə verilsin”

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad olunması xəbərinə münasibət bildirib.

Azinforum.az xəbər verir ki bu barədə Manset.az-a açıqlama verən R.Əliyev yayılan məlumatların yalan olduğunu bildirib: “Elə bir şey yoxdur. Ceyhunu biz işdən azad etmərik. O, bizim mətbuat xidməti üçün böyük işlər görüb. Sabah nə olacaq bilmirəm. Ola bilər ki, Ceyhuna daha yaxşı iş təklif olunar. Bugünkü gün işində çalışır. Sadəcə o, bir həftədir ki, məzuniyyətdədir. Hələki onun işdən çıxması ilə bağlı əmr imzalamamışam”.

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …