Ana səhifə / Manşet / Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib? – tarixi fakt

Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib? – tarixi fakt

Azərbaycan prezidenti İlham Əliyevin babası Əziz Əliyevin təhsil almasına Bakı milyoneri, milli mesenant Hacı Zeynalabidin Tağıyevin ciddi dəstəyi olub. Bu barədə tarixçi –yazar

Teyyub Qurbanın “Yüz tələbə yüz tale” kitabında yazılıb. Həmin parçanı olduğu kimi təqdim edirik.

 “Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyev 1951-ci ildə Azərbaycan SSR Nazirlər Sovet sədrinin müavini vəzifəsində işləyərkən Hacı Zeynəlabdin Tağıyevin yaxşılığından dəst-xəttilə yazdığı tərcümeyi-halında bunları xatırlayırdı: ” 1917-ci ildə bütün fənnlərdən “5” qiymət almaqla gümnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitin olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyoneri Tağıyevə müraciət etdim. O mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum” (Teyyub Qurban, “Yüz tələbə yüz tale” kitabından).

Qeyd edək ki, kitabdan bu parçanı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yayıb.

Əziz Əliyev 1939-41-ci illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1942-48-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, 1950-51-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyib. Ayrıca o, 1941-44-cü illərdə Azərbaycanın Ali Sovetinə rəhbərlik edib.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …