Cümə axşamı , Sentyabr 29 2022
Ana səhifə / Manşet / “Azərenerji” qanuni fəaliyyət göstərən “obyekti” darmadağın etdi – VİDEOREPORTAJ

“Azərenerji” qanuni fəaliyyət göstərən “obyekti” darmadağın etdi – VİDEOREPORTAJ

“Azərenerji” ASC Ziya Bünyatov prospekti 2062-ci məhəllə ünvanında yerləşən (Dərnəgül bazarı-red) və tam qanuni əsaslarla fəaliyyət göstərən ticarət obyektini yerlə-yeksan edib. Həmin bazarda çalışan sahibkarlar bildirirlər ki, ticarət obyektinin qanuni fəaliyyət üçün bütün lazımi sənədləri qaydasındadır. Buna baxmayaraq, “Azərenerji” bir neçə rəhbər işçi səviyyəsində günün-günorta çağı həmin obyektə təşrif buyurub və ağır texnikaya “obyekti” dağıtmaq göstərişini verib. Bunun üçün qurumun əlində heç bir məhkəmə qətnaməsi olmayıb. Sahibkarların sözlərinə görə, “Azərenerji” atdığı addımı həmin ərazidən yüksək gərginlikli elektrik xəttinin keçməsilə izah edib. Onda isə maraqlıdır: indiyə kimi bunun qarşısı niyə alınmayıb və həmin ərazidə olan digər ticarət obyektləri və yaşayış evləri niyə sökülmür? Bütün bunlara aydınlıq gətirmək üçün, hadisə yerindən videoreportaj hazırladıq. Azinforum.az həmin videoreportajı təqdim edir:

Mövzu ilə bağlı “Azərenerji”nin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik” – Video

Real TV Lələtəpə yaxınlığında torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin ərazidə qurduğu beton tunellərə dair …