Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Azərbaycanlılar bizdən daha güclüdür, bizimkilər isə gəncləri ölümə göndərir” – Video

“Azərbaycanlılar bizdən daha güclüdür, bizimkilər isə gəncləri ölümə göndərir” – Video

Rusiyanın məşhur “Dojd” telekanalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Xankəndidən reportaj hazırlayıb. 

Azinforum.az-ın məlumatına görə, reportajda Xankəndi sakini Naxşun Qriqoryan döyüş əməliyyatlarının ikinci günündə ərinin həlak olmasından danışıb. İndi o, dərhal orduya çağırılan qardaşı üçün qorxur.

Naxşun Qriqoryan deyir ki, əri hərbçi olub və işğal altında olan Şuşada xidmət edib.

“O, Şuşada xidmət edirdi və onu ön cəbhəyə göndərməməli idilər. Onu qanunsuz olaraq başqa yerə göndərdilər və onlar maşında gedərkən türklər (ermənilər azərbaycanlıları belə adlandırırlar – red.) onları dayandırdılar və hamısını məhv etdilər. Şuşada daha təhlükəsiz idi, mənim ərim isə qanunsuz olaraq başqa yerə göndərildi və onu öldürdülər. Bu, necə ölkədir axı?”, – gənc qadın deyib.

Naxşun Qriqoryanı Ermənistana yola salan anası deyir ki, onun oğlunu da orduya çağırıblar və Azərbaycan ordusuna qarşı vuruşmağa göndəriblər.

“Mənim oğlum təzəlikcə hərbi xidmətdən qayıtmışdı və onu dərhal yenidən çağırdılar və hərbi posta göndərdilər”, – N.Qriqoryanın anası deyib.

“Ərimi müharibənin ikinci günündə öldürdülər. Biz onu dəfn edə bildik. Mən Cermuka gedirəm, anam isə burada ölmək üçün qalır. Qardaşımı atmaq istəmir. Burada hamı nə istəyir, onu da edir. Kimin üçünsə müharibə, kimin üçünsə də biznesdir. Niyə gəncləri ölməyə göndərirlər?! Azərbaycanlılar onsuz da bizdən daha güclüdürlər, gəncləri isə ölümə göndərirlər”, – Naxşun Qriqoryan bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Life” informasiya portalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlamış, ermənilərin kütləvi şəkildə Xankəndini tərk etdiyini göstərmişdi.  


Həmçinin oxuyun

Azərbaycan Ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı 75-ə çatdı

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox …