Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Manşet / Azərbaycanlı bloqer əsgərlər üçün yığılan pula avtomobil alıb? – 31900 MANAT… – FOTO

Azərbaycanlı bloqer əsgərlər üçün yığılan pula avtomobil alıb? – 31900 MANAT… – FOTO

Vətən müharibəsində insanlardan yardım yığıb ön cəbhəyə göndərən şəxslərdən birinin həmin yardımların müəyyən qismini mənimsəməsi barədə iddialar ortaya çıxıb. Hətta onlardan bəzilərinin özlərinə bahalı avtomobil aldığı da iddialar sırasındadır. “Ölkə.az” xəbər verir ki, jurnalist Məhəmmədəli Qəribli barəsində belə iddialar dolaşan Elçin Lənkəranski adlı şəxslə əlaqə saxlayıb. E.Lənbəranski bildirib ki, yeni avtomobil alıb, amma bunu yardım üçün yığılan vəsaitlə etməyib: 

“Bundan əvvəl yazdığım postla bağlı Elçin Lənbəranski  mənə zəng etdi. Söz verdim ki, mövqeyni olduğu kimi yazacam. Elçin bəy bugünlərdə yeni (salofan) maşın aldığını təsdiqlədi. Ancaq bildirdi ki, bu maşının alınmasının Ordumuza edilən yardın kampaniyasına heç bir aidiyyəti yoxdur. 

Maşının alınması ilə bağlı Elçin Lənbəranskinin hesabatını olduğu kimi təqdim edirəm: 

” Aldığım təzə maşın Cənubi Koreya istehsalı olan  “Haval H2”-dir. Qiyməti 31900 manatdır. Kreditə yox, nəğd pula alsam da, borca girmişəm.  7 min manata öz sürdüyüm “Passat”ı satdım. 2500 manat qardaşımdan borc götürmüşəm.  11 min manatı isə yeznəm vasitəsilə borc götürmüşəm.  Yerdə qalanını isə  mənə dəyər verən qeyrətli  vətən oğulları həll edib. Onlara  müraciət etmişəm,  çatmayan məbləğdə pulu pay olaraq mənə  göndəriblər”.

Əlavə heç bir şərh vermədən, mübarək olsun, deyirəm!”

Qeyd edək ki, E.Lənbəranski həmçinin bloqer fəaliyyəti ilə də məşğuldur.

Həmçinin oxuyun

Samuxda Prezidentə dərdini deyən şikayətçiyə təzyiq edirlər – Qafarov Məhərrəm bunun böhtan olduğunu deyir- VİDEO

Samux rayon Ziyadlı kən sakini Bayramov Bilal Mirzəməhəmməd oğlu yenidən redaksiyamıza müraciət edib. Onun sözlərinə …