Cümə , Oktyabr 22 2021
Ana səhifə / Manşet / Azərbaycanın ən uğurlu biznesmeni Aydın Talıbov xalqdan niyə gizlənir?

Azərbaycanın ən uğurlu biznesmeni Aydın Talıbov xalqdan niyə gizlənir?

Qəribə təzaddı: az qala Azərbaycanın hər dəlmədeşiyində market açan, ölkəyə ərzaq məhsullarını gətirən bir nömrəli şirkətlərdən olan “Veysəloğlu” şirkətinin prezidenti Aydın Talıbovun tanıyan yoxdur.

Bu adam nə televiziya ekranlarında görünür, nə də sosial şəbəkələrdə hesabı var. İndiyə qədər onun hətta hansısa saytda belə müsahibəsinə rast gəlməmişəm. İnternet axtarış sistemlərində onun şəkilini belə tapa bilmədim ki, heç olmasa steriotipi sındırıb, xoş camalını sizə göstərim.

Bir neçə il əvvəl hətta media çameəsində maraqlı bir hal yaşandı. Tanınmış jurnalistlərdən biri Aydın Talıbovun biznes uğurları ilə bağlı yekə məqalə yazmışdı. Məqalədə Aydın Talıbov yalnız müsbət cəhətdən xarakterizə edilirdi. Buna baxmayaraq, şirkətin rəsmiləri yalvar-yapış edib həmin yazını da saytlardan sildirdilər. Görəsən Aydın Talıbovun bu şəkildə ictimaiyyətdən gizlənməyinin sirri nədir?

Qeyd edim ki, çoxlarından fərqli olaraq mən Aydın Talıbovu gözəl tanıyıram. Orta məktəbi əla qiymətlərlə oxuyub. Xüsusilə texiniki fənlərin mahir bilicisi sayılır. Öz gücünə ali məktəbə daxil olub, oranı müvəfəqiyyətlə bitirib. Biznesini də kiminsə dəstəyilə deyil, öz gücünə qurub.

Ötən əsrin 90-cı illərində, tələbə vaxtı Naxçıvandan Bakıya gələndə onunla çox rastlaşırdıq. Ordan Bakıya Türkiyədə istehsal olunan şokaladları korobkalarda daşıyıb satırdı. Maşallah olsun, hazırda özünün şokolad zavodu var.

Aydın Talıbov, xalqdan gizlənməyin. Sizin biznes uğurunuzdan nə qədər gənclər motivasiya götürə bilər. Uğur hekayənizi ictimaiyyətlə bölüşün! Bundan əlavə, hər bir Azərbaycan ailəsi sizin şirkətə xeyir verir. Bilməlidir ki, onun yediyi, içdiyi məhsulu ölkəyə gətirən və xeyrini götürən milli burjaziyanın nümayəndəsi kimdir.

“Piarşikləriniz” sizi xalqdan məsafəli tutmaqla düzgün startegiya qurmurlar. Əminəm ki, bu amil yalnız sizin ziyanınıza işləyəcək. Heç xüsusi xidmət orqanlarının əməkdaşları belə sizin qədər konspirasiyalı davranmır. Qeyd edim ki, Aydın Talıbovun beznes imperiyasına – “Veysəloğlu” Şirkəti, “Oba”, “Araz”, “Spar” maketlər şəbəkəsi və bir çox istehsal sahələri daxildir.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Jurnalist BNA-nın yalanını belə ifşa etdi – VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Bakı Nəqliyyat Agentliyinin (BNA) yarıtmaz fəaliyyətini sərt tənqid edib. Bundan sonra …