Bazar , Oktyabr 25 2020
Ana səhifə / Manşet / Azərbaycan kommunistləri “Venesuelaya dəstək” kampaniyasına qoşuldular- FOTO

Azərbaycan kommunistləri “Venesuelaya dəstək” kampaniyasına qoşuldular- FOTO

Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov 02 sentyabr 2019-cu il tarixində Venesuela Bolivar Respublikasının Azərbaycanda rəsmi səfərdə olan xarici işlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya dövlətləri üzrə müavini Ruben Dario Molina ilə görüşüb. Bu barədə məlumatı Azinforum.az-a AKP MK Mətbuat xidmətindən veriblər.

Görüşdə beynəlxalq vəziyyət,  Azərbaycan – Venesuela dövlətlərarası iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.

Ruben Dario Molina beynəlxalq imperializmin təsiri ilə ölkəsinin qarşılaşdığı ağır iqtisadi və siyasi durum barədə Azərbaycan KP MK sədrinə ətraflı məlumat vermişdir. Natiq ABŞ-ın beynəlxalq hüququn normativ aktlarını kobud surətdə pozaraq  Venesuelanın daxili işlərinə qarışmasını kəsin pisləyib. Daha sonra nazir müavini Azərbaycan kommunistlərinin liderinə “Venesuelaya dəstək” kampaniyasına qoşulmaları barədə müraciət edib. Müraciət səmimi qarşılanaraq qəbul edilmiş və ona görüşün gedişi ərəfəsində start verilib. Kampaniyaya ilk qoşulanlar tədbirdə iştirak edən AKP MK nümayəndələri olublar.

Öz növbəsində Azərbaycan KP MK sədri  Rauf Qurbanov da Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü ağır xaotik vəziyyət və ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Respublikada əmin-amanlığın, sabitliyin  bərpa olması, enerji resursları ilə əlaqədar bağlanılmış beynəlxalq müqavilələr, Əsrin müqaviləsi və düzgün seçilmiş neft strategiyası və bu gün də Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş islahatlar barədə nazir müavininə geniş məlumat verib

Görüşdən böyük məmnunluq hissi keçirdiyini qeyd edən Venesuela Bolivar Respublikasının xarici işlər nazirinin  Asiya, Yaxın Şərq, Okeaniya dövlətləri üzrə müavini Ruben Dario Molina belə görüşlərin vaxtaşırı və  mütəmadi keçirilməsinin hər iki dövlətin mənafelərinə xidmət etdiyini vurğulamış və bu ilin oktyabr ayında Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro Morosun Azərbaycana rəsmi səfərinin prezidentin iş qrafikinə salınması barədə məlumatı  görüş iştirakçılarının nəzərinə çatdırıb.

AKP MK sədri Rauf Qurbanov bu görüşün təşkilinə görə Venesuelanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristofer    Alberto Martinis Berroterona  öz dərin təşəkkürünü  bildirmiş və Ruben  Dario Molinadan  Azərbaycan kommunistlərinin səmimi salamlarını və xoş arzularını Venesuela xalqına çatdırmağı xahiş etmişdir.  

Üç saatdan artıq davam edən görüş dostluq və mehribançılıq şəraitində başa çatıb. Görüşdə Azərbaycan Kommunist Partiyası tərəfindən AKP MK  sədrinin müavini Fikrət Rəşidov, ASZİ MİK-nın sədri Aydın Şiriyev, Azərbaycan LKGİ MK-nın birinci katibi Orxan Muxtarov, Venesuela Respublikası tərəfindən isə Venesuela Bolivar Respublikasının XİN Mərkəzi Asiya dövlətləri üzrə məsul şəxsi  İsis Lessman, Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pedro Sançes Flores, səfirliyin katibi və tərcüməcisi Elvira İmanova da iştirak etmişlər.

Azinforum.az

Həmçinin oxuyun

Prezident “Fox News”a müsahibə verdi – Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. Azinforum.az müsahibəni …