Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Manşet / Aydın Quliyevdən Vahid Əhmədova sərt cavab: “Onun kimiləri isə bu yolda əsla özümlə yanaşı görmürəm… “

Aydın Quliyevdən Vahid Əhmədova sərt cavab: “Onun kimiləri isə bu yolda əsla özümlə yanaşı görmürəm… “

Deputat Vahid Əhmədov məni sifarişlə(?) onun əleyhinə yazmaqda günahlandırdı….

“Niyə dağılmırsan ,a dünya?!” deyib üstündən keçmədim. Sərt və ifratçı olmaq üslubum deyil. Həm də əlimdə fakt və sübutlar yetərincə varsa, niyə də sərt olum?! Ancaq bəzi məqamlarda sərt görünsəm, lütfən bunu mənim üslubum kimi yox, deputatın barəmdə dediyi ifrat yalanın hədsizliyindən doğan reaksiya kimi qarşılayın. Vahid Əhmədov müsahibəsində deyib ki, vaxtilə Əli Həsənovu tənqid edəndə mənim əleyhimə sifarişlə yazı yazanların biri də Aydın Quliyev idi, o da onlara qoşulmuşdu. Sizlər Vahid Əhmədovun hələ vəzifədə olarkən Əli Həsənovu ünvanlı şəkildə tənq etdiyi bircə məqamı xatırlayırsızmı? Sadəcə belə şey olmayıb. Dəqiqləşdirək. Vahid Əhmədov ötən ilin ortalarında Prezident yanında KİVDF-nin işini tənqid etmiş və əslində öz şəxsi dostlarından kiminsə KİVDF rəhbərliyindən narazılığına söykənərək bütünlüklə KİVDF-nin guya səmərəsiz dövlət orqanı olduğunu göstərməyə çalışmışdı.

Mən o vaxt KİVDF-nin dövlətçilik üçün nə qədər faydalı missiya daşıdığı barədə “Bakı -xəbər”də yazdım və bu missiyanı Vahid müəllimin təmənnalı və qərəzli hücumlarından qorumaq istədim. Bu səsimə çoxlu səsverənlər oldu. O zaman Vahid müəllimə demək istədim ki, gəldi-gedər adamları əhəmiyyətli dövlət qurumları ilə eyniləşdirməyin. Sonrakı hadisələr də göstərdi ki, Vahid Əhmədov kimilər yox, mən haqlıyam , çünki adamlar getdi, KİVDF-ni isə Prezident zəruri bir qurum kimi saxladı.

Çünki görünür ömrü boyu ancaq “iqtisadi “məsələlərlə məşqul olduğu üçün Vahid müəllim KİVDF-nin bütün medianı dövlətçilik kursu üzərində vahid mövqeyə gətirmək kimi uğurla icra etdiyi və bu gün də davam etdirdiyi SİYASİ MİSSİYANI görə bilməmişdi. Beləliklə , mən məlum yazını heç də sifarişlə onun əleyhinə yox, vicdanımın və dövlətçilik təəssübümün hökmü ilə zəruri bir işin müdafiəsi naminə yazdım. Yazdığımın bir arqumenti də bu idi ki, Vahid müəllim özü üçün tanınmayan sahə olan mətbuat proseslərinə baş vurmaqdansa, “yüz ildir” verdiyi bircə iqtisadi proqnozun özünü doğrultmadığı üzərində düşüncələrə daha çox vaxt ayırsın.

Dövlətçilik naminə hətta axına qarşı belə üzməyi bacardığını göstərə bilən adam kimi bunu da deməyi özümə borc bilirəm. Nə yazıramsa , nə edirəmsə vucdanımın tək hökmü altındayam. Mən tək -tək insanların yox, dövlətçiliyimizə uyğun kursların yanında ola bilərəm və yanındayam. Bu gün Vahid Əhmədov Prezident İlham Əliyevin dövlətçilik maraqlarına tam cavab verən daxili və xarici siyasətin ideoloji müdafiəsi ilə məşquldur. Dəstəkləyirəm. Ancaq İlham Əliyevin bu gün apardığı dövlətçilik siyasətinin kök etibarilə Heydər Əliyevin Naxçıvandakı ağır mübarizə dövrlərinə bağlı olduğunu unudan Vahid müəllim o zaman bu mübarizənin xeyrinə bircə addım da atmayanlardan biridir, suyun şırıltısına qulaq verirdi. “Yük təpə başına yığılandan sonra” isə Heydər Əliyevin yanında peyda olanlar çox oldu, Vahid Əhmədov kimi…

Əli Həsənovun və ya kimlərinsə sifarişi ilə yazı yazan olsaydım, mən də Vahid Əhmədov kimi yaşca “müdrik” çağlarıma parlamentin divarları arxasında yetişərdim, hansına ki, Vahid Əhmədovlardan qat -qat artıq dərəcədə haqq edirdim… Azərbaycanda bu yaşda, bu sitajda heç bir fəxri adı, orden -medalı olmayan yeganə baş redaktoram. Çünki bu gün Vahid müəllimin yaşına yaraşmayan bir ədalətsizliklə mənə yapışdırmaq istədiyi şəxslər də daxil şəxsi istəklərim üçün kimsənin qapısını açmadım. Sifarişlə iş görənlərin tale qisməti mənim kimi olmur, parlamentin divarları arasında yekələrək “müdrikləşənlər” kimi olur…

Getdiyim bütün yolları vicdanla , dövlətçilik naminə getdim, buna inanaraq etdim, sifariş və ya təmənna ummadım. İlham Əliyevin apardığı siyasəti dövlətçilik kursu hesab etdiyim üçün hər hansı bir düşüncəli qüsura yol vermədən illərdi ki, şəxsi iddialarsız və təmənnasız olaraq bu yoldayam. Vahid Əhmədov kimiləri isə bu yolda əsla özümlə yanaşı görmürəm… Güman edirəm ki, Vahid Əhmədov burada dayanacaq – öz dediklərinin dartıb gətirdiyi yeni – yeni mətləblərin altında qalıb əzilməmək üçün…

Aydın QULİYEV,

“Bakı-Xəbər” qəzetinin Baş redaktoru

Azinforum.az

Həmçinin oxuyun

Aslan İsmayılov, yoxsa… “poplavok”

Aydın Canıyev Aslan İsmayılov heç vaxt heç bir problemim olmayan SƏHNƏ İSMİdir! Onu həmişə DƏYƏR …