Bazar ertəsi , May 23 2022
Ana səhifə / Manşet / Aydın Əliyevin baldızı ilə bəstəkarın məhkəmə qalmaqalı

Aydın Əliyevin baldızı ilə bəstəkarın məhkəmə qalmaqalı

“Gənc bəstəkar Tural Bayraməliyevin həbsi davam edir. Artıq 4 ildir həbsdə olan Tural Bayraməliyevlə bağlı keçirilmiş son məhkəmə prosesləri onu deməyə əsas yaradıb ki, onun həbsi sifarişlidir. Bu mühakimənin bir sıra təsdiqləyici dəlilləri var “.

Bunu hüquq müdafiçəsi, səlahiyyətli nümayəndə Samir Zeynalov bəstəkar Tural Bayraməliyevin məhkəmə isi ilə bağlı danışarkən deyib. Onun fikrincə, burada diqqət yetiriləsi məqamlar var:

“Tural Bayraməliyev Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızı tərəfindən külli miqdarda dələduzluq etməkdə ittiham olunub. Onun şikayəti əsasında Turala Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndi ilə cinayət işi açılıb. Sifarişin başlıca əlaməti elə istintaq dövründə üzə çıxıb. Belə ki, Azərbaycan Respublikasın Cinayət Prosessual Məcəlləsinin 215-ci maddəsinin tələbinə zidd olaraq cinayət işi polis orqanında deyil, Bakı Şəhər Prokurorluğunda aparılıb.

Cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan məhkəmə istintaqı dövründə iş üzrə şahid qismində tanınmış və dindirilmiş 2 nəfərin “bilə-bilə yalan ifadə verməsi” məhkəmə tərəfindən müəyyən edilərək protokollaşdırılıb. Lakin onlar məsuliyyətə cəlb edilməyiblər. Daha da ziddiyyətlisi məhkəmə bu faktlara Tural Bayraməliyevin xeyrinə hüquqi qiymət verməyib. Halbuki, CPM-in müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi)”.

O bildirib ki, birinci instansiya məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Tural Bayraməliyevin işi üzrə verilmiş apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində maraqlı məqam yaşanıb:

“Belə ki, apellyasiya instansiyasında iş üzrə icraata sədrlik edən hakim Əmir Bayramov öz sözlərinə görə, proseslərdən birində işin mahiyyətindən kənara çıxaraq Bakı şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovun adını çəkib və onun Tural Bayraməliyevlə yaxınlığının hansı səviyyədə olması ilə bağlı məhkum sual verib, məlumat alıb və əlavə heç bir şərh verməyib. Tural həbsxanadan media orqanlarına müraciət edərək Şədiyyə Salehliyə onun üzünə durmaq üçün tapşırıq verildiyini bildirib. İşin polis orqanında deyil, məhz Bakı Şəhər Prokurorluğunda aparılması da bu mühakiməni ağlabatan edir”.

Səlahiyyəti nümayəndə bildirilib ki, iş üzrə kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İlkin Rəcəbov apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hazırda iş üzrə tam əsaslandırılmış şəkildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti verilib. Artıq 1 aydan çoxdur ki, iş icraatdadır və işə plenumda baxılması gözlənilir.

Bundan başqa, Tural Bayraməliyevin Türkiyədə saxlanılması və həbsi ilə bağlı da Avropa İnsan Haqları Məhkəməsində qərarın yaxın günlərdə elan edilməsi gözlənilir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Cebhe.info

Həmçinin oxuyun

14 MAY AKSİYASI, BRİTANİYA SƏFİRLİYİNİN BƏYANATI VƏ “RƏİSİM” KLİPİ ARASINDAKI SİNXRONLUQ…

Gənc xanım bir müğənninin dövriyəyə buraxdığı “Rəisim” adlə klip geniş rezonans doğurub. Nədənsə, hamını daha …