Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Aslan İsmayılov virtual təzyiq dayağından mərhum olduğunu etiraf edib, izləyicilərini təhqir etdi

Aslan İsmayılov virtual təzyiq dayağından mərhum olduğunu etiraf edib, izləyicilərini təhqir etdi

Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan hüquqşunas Aslan İsmayılov öz “Feysbuk” səhifəsində virtual dayaqlarından yavaş-yavaş məhrum olduğunu etiraf edib.

Sitat: “Tənqidi yazını yazan, buna görə haqqında iki hökm çıxarılan və üçüncüsü hazırlanan, başqa min bir təqibə məruz qalan mən, qorxanlar isə sadəcə səhifəmi izləyənlərdir. Son bir ayda səhifə izləyicilərinin sayı min nəfərə yaxın azaldı. Paylaşanların, bəyənənlərin, şərh yazanların da sayında ciddi azalma müşahidə olunur. Hələ də anlamadıq ki, qorxan insan gün ərzində bir neçə dəfə, qorxmaz isə həyatında bircə dəfə ölür. Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir. Rəsmi statistikaya görə 50 mindən artıq xərçəng xəstəsi qeydiyyatdadır. Bu gün başıma gələn bütün müsibətlər bu xəstələrə görə yazdığım məqalələr, apardığım araşdırmalardır. Onların bircə faizi məhkəmələrimə gəlsələr 500-dən artıq insan olar. Məhkəməmə gələnlər isə sağlam və onlarla müqayisədə heç bir problemi olmayanlardır. İndi inanmağa başlayıram ki, bütün problemlərin günahkarı insanın özüdür”.

Aslan İsmayılovun müəllifi olduğu bu paylaşımda diqqət çəkən bəzi vacib məqamlar var. Açıq-aydın görünür ki, Aslan İsmayılov indiyə qədər apardığı “mübarizələrdə” əlində olan resurslar vasitəsilə virtual təzyiqdən məharətlə istifadə edib və bunun nəticəsində öz maraqlarını təmin edə biləcək uğurlar qazanıb. İndi isə proseslərin onun marağına uyğun şəkildə cərəyan etməməsi hüquqşunası dərindən məyus edir və o bütün qəzəbini səhifəsində olan izləyicilərin üstünə tökür. Aslan İsmayılov bununla neçənci dəfədir ki, izləyicilərin kütləvi şəkildə onun məhkəmələrinə gəlmədiyindən gileylənir. Sual oluna bilər: hüquqlardan gözəl anlayışı olan bir şəxs, niyə özünü qanunlara söykənərək deyil, kütləvi insan yığını ilə müdafiə etməkdə maraqlıdır? Yəqin ki, bu sualın da cavabı aydındır. Qeyri- qanuni metodlarla məhkəmələrə təzyiq göstərib, istədiyinə nail olmağı hədəfləyir.

Aslan İsmayılovun son paylaşımında çox ziddiyyət doğuran daha bir cümlə də var. Hüquqşunas yazır:

“Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir”.

Yəqin ki, bu fikirlər Aslanizm adlı bir fəlsəfədən götürülüb. Cünki  başqa heç bir fəlsəfi cərəyan və ya ideologiya bu avantyuranı dətəkləyə bilməz.  Şəsxən biz kifayət qədər sakit təbiyyətli , həta özünü ehtiyatlı insan tipinə aid edən insanlar (Aslan onları qorxaq adlandırır- müəllif) tanıyırıq ki, istədikləri bütün hədəflərə nail olublar və maddi imkanları da,  Aslan İsmayılovunkundan qat-qat yaxşıdır. Məlum olur ki, Aslan İsmayılov öz şəxsi məqsədləri üçün istifadə edə bilmədiyi ağıllı  və ehtiyatlı insanları qorxaq adlandıraraq onların boynuna hansısa minnəti qoymaq istəyir. Amma məsələyə dərindən yanaşdıqda bəlli olur ki, izləyicilərin  İsmayılova yox, hüquqşunasın onlara külli miqdarda borcu var. Cünki o indiyə kimi məhz  sosial şəbəklər vasitəsilə ictimailəşdirdiyi mövzuların hesabına özünə yaxşı qazanc əldə edib. İstəyənlər onun səhifəsində belə bir monitorinq apara bilər. Aslan İsmayılov müqavilə bağladığı işlərin əksəriyyəti ilə bağlı öz səhifəsində məlumat verirdi. Proses gedə-gedə daima həmin işdən yazırdı. Sonda isə qazandığı “parlaq qələbələrə” xüsusi statuslar həsr edirdi.  Ola bilər ki, hüquqşunas bu fəaliyyətini hobbi kimi səciyyələndirsin, amma biz Aslan müəllimin boş vaxtlarında yazmaqdan çox, ağac əkməyə meyilli  olduğunu bilirik. İndi biz onun səhifəsinin izləyicisi kimi nə edək ki, erməni əsilli sahibkarların hüquqlarını müdafiə etməyə başlayandan sonra,  İsmayılov  Mürvət Həsənli adlı hansısa sahibkarla üz-üzə gəldi və ondan sonra işləri  tərs getməyə başladı.  

Aslan İsmayılovun izləyicilərlə bağlı yazdıqlarından  həmin səhifəni bəyənən hər bir şəxsə pay düşür. Ona görə də bu qeydi yazmağa məcbur olduq. Aslan İsmayılovun müəllifi olduğu mətnin son cümləsində daha maraqlı olan bir detal da var. O, pessimizə qapılaraq,  güya izləyicilərdən ala bilmədiyi dəstəyə görə, özünü qınayır və deyir: “İndi inanmağa başlayıram ki, bütün problemlərin günahkarı insanın özüdür”. Doğrusu, biz Aslan İsmayılovu çıxışlarından idealist biri sayırdıq. Çünki daima ölümdən qorxmadığını, hər hansı bir maddi maraqda gözünün olmadığını dilə gətirirdi. Onun  paylaşımının son cümləsindən isə aydın şəkildə sezilir ki, sən demə  Aslan müəllim kifayət qədər proqmatik adam imiş.  Bu,  nə deməkdir? Yəni əlində olanından daha çox qazanmadığı təqdirdə, malik olduğundan imtina etməyi xoşlamayan.  Hər gün Aslan İsmayılov tərəfindən təhqirə məruz qaldığımız üçün, biz də onun səfifəsinin üzvlüyündən imtina edirik.

Aslan İsmayılovun səhifəsinin bir qrup izləyicisi,

Azinforum.az

 

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …