Cümə , Avqust 23 2019
Ana səhifə / Manşet / Aslan İsmayılov Leyla Yunusdan niyə qorxur?

Aslan İsmayılov Leyla Yunusdan niyə qorxur?

Leyla Yunusun Sevinc Osmanqızının kanalı vasitəsilə dediyi “dərslərə” baxdım. O, həmin virtual “dərs”lərdən birində Elçibəyi rus KDB-sinin agenti elan etdi, amma Elçibəyin bütün mirasına sahib çıxan, hətta AXC kimi qurumun 30 illik yubiley tədbirlərinin keçirilməsinə yalnız onların layiq olduqlarını iddia edən Əli Kərimlinin rəhbəri olduğu partiya hələ də öz liderinin müdafiəsinə qalxmayıb.

Partiya sədri səviyyəsində Leyla Yunusun Elçibəy barədə dediklərinə aydınlıq gətirilməyib. Baxmayaraq ki, həmin ciddi ittihamlara partiya rəhbərliyinin münasibəti impulsiv və sərt olmalıydı. Leyla Yunus məhz həmin çıxışında Sumqayıtda baş verən “erməni qırğınları” məsələsinə də münasibət bildirib. Hətta ermənilərdən belə böyük canfəşanlıq edərək, həmin hadisələrin azərbaycanlılar tərəfindən törədildiyini bildirib.

Bilirsiniz ki, bu ölkədə Sumqayıt hadisələri ilə bağlı ən çox manipulyasiya edən adamlardan biri hüquqşunas Aslan İsmayılovdur. Biz apardığımız jurnalist araşdırmasında müəyyən etmişik ki, əslində Aslan İsmayılovun bu yöndə göstərdiyi fəaliyyət həmin hadisələrlə bağlı SSRİ-ni təmsil edən prokuror qismində etdiyi antimilli hərəkətləri ört-basdır etməyə hesablanıb. Belə olmasaydı Aslan İsmayılov Sumqayıt hadisələri ilə bağlı yazdığı kitabda dərc etdiyi məhkəmə stenoqramından dövlət ittihamçısının(özünün-M.Q) çıxışını, yəni təqsirləndirilənlərə ən ağır cəza olan – güllələnmə tələb etməsi ilə bağlı hissəni ixtisara salmazdı.

Bir anlıq təsəvvür edək ki, Aslan İsmayılovun dediyinə inanırıq. Onun Sumqayıt hadisələri ilə bağlı göstərdiyi fəaliyyəti əvəssiz sayırıq. Yaxşı, onda niyə bu adam 4 gündür çıxıb Leyla Yunusa cavab vermir? Bu adamın işi-gücü Türkiyədə fəaliyyət göstərən ermənilərə məxsus şirkətin Azərbaycandan qazandığı pullarla bağlı araşdırma aparan, əsl həqiqəti üzə çıxaran jurnalistləri hədəfə alıb, onları şantaj etməklə fəaliyyətlərindən çəkindirməyə nail olmağa hesablanıb. Çünki məhz həmin erməni şirkətindən pul qazanırdı. Onlarla müqavilə bağlayıb, hüquqlarını qoruyurdu. Yəni milli mahiyyət daşıyan mübarizədə bizim yox, erməni əsilli Türkiyə vətəndaşlarının yanındaydı. Aslan İsmayılov üçün bu önəm kəsb etməsə də, bizim üçün erməni harda yaşamasından, hara vətəndaşı olmasından asılılı olmayaraq ermənidir.

Ən maraqlısı isə budur ki, A. İsmayılov onunla bağlı hətta obyektiv tənqid yazan həmkarlarımızı belə Əli Həsənovun şəbəkəsinə bağlayır, barələrində olmazın ittihamalrını səsləndirir, hamını sifariş icra etməkdə günahlandırır. İndi mən sual edirəm: Ay Aslan İsmayılov, ay Sumqayıt hadisələrinin alovlu çarçısı, niyə çıxıb Leyla Yunusa cavab vermirsən? Çünki bilirsən ki, himayə olunduğun Qərb dairələri ipini kəsər, maliyyə ayırmaz. Aslan İsmayılovun taktikası zatən bundan ibarətdir.

Bu günə kimi onun barəsində kitab yazıb, bir neçə dilə tərcümə etdirən həmkarı Elçin Qəmbərova da bir kəlmə də olsun cavab verməyib. Təsəvvür edirinizmi, onu əsrin dələduzu olduğu ilə bağlı kitab yazan adama heç nə demir, amma nə vaxtsa barəsində obyektiv tənqid yazmış 10 jurnalistin adını özünün düşmənləri sırasına əlavə edib və ictimailəşdirib.

Nə qədər qəribə olsa da, həmin siyahıda mənim də adım var. Aslan İsmayılov səhifəsində çox təhqirlər işlədir. İstisana deyil ki, bu yazının da sifarişlə yazıldığını iddia edəcək. Ona görə də, bəri başdan ona xas olan tərzdə məsələyə aydınlıq gətirmək istəyirəm. Bunu sifarişlə yazan ən böyük şərəfsizdi, yalandan sifariş olduğunu iddia edən isə onun ikiqatıdır! Oldumu?

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

Dünən sosial şəbəkədə paylaşılan bir şəkil hamının heyrətinə səbəb oldu. Söhbət tanınmış iqtisadçı Qulu İbrahimli …