Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Araşdırma / “Askar” Hotel müştərilərinin şəxsi məlumatlarını “Tik-Tok”a ötürür? – Video

“Askar” Hotel müştərilərinin şəxsi məlumatlarını “Tik-Tok”a ötürür? – Video

“Tik-Tok” sosial şəbəkəsində aktrisa Pərvin Abıyeva ilə həmin şəbəkədə izləyicilərə bahalı hədiyyələr göndərən və “Oliqarx 047” ləqəbi ilə tanınan Yunis Hüseynəliyev adlı şəxslə maraqlı dialoq olub.

Mövzu bahalı hədiyyələrin göndərilməsi fonunda şəbəkədəki qızların dəstəkçilərlə otellərdə görüşməsi olub. Həmin canlı yayımda “Oliqar 047” bildirib ki, bütün otel müdirləri onun dostu olduğu üçün, kimin hansı otelə getdiyi və kiminlə hansı qiymətə görüşdüyü barədə məlumatları ona verirlər.

Hətta bu xüsusda “Askar” adlı məhşur otelin də adını məsxusi çəkib. Səslənən iddialar düzdürsə, onda “Askar” otel öz müştərulərinin şəxsi məlumarlarını yaymaqla cinayətə yol vermiş olub. Kim zəmanət verə bilər ki, sözügedən otel daha hansı məlumatları öz digər dostlarına ötürür? Hər halda, əlaqədar qurumlar “Askar” otellə bağlı səslənən bu iddiaları ciddi araşdırmalıdırlar.

Çinarə Seyidova,

Azinforum.az

Həmçinin oxuyun

22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən …