Ana səhifə / Manşet / Araz Rəhimov: “Fikirlərim kontekstdən çıxarılıb, FHN haqda pis nəsə deməmişəm, “Diqlas”ın rəhbəri mən deyiləm”

Araz Rəhimov: “Fikirlərim kontekstdən çıxarılıb, FHN haqda pis nəsə deməmişəm, “Diqlas”ın rəhbəri mən deyiləm”

Bir çox xəbər saytlarında bugünlərdə yanan “Diqlas” Ticarət Mərkəzinin rəhbəri  kimi təqdim olunan Araz Rəhimovun adından açıqlama yayılıb. Həmin məlumatda qeyd edilir ki, Araz Rəhimov Fövqəladə Hallar Nazirliyinə (FHN) qarşı bəzi ittihamlar səsləndirib. “Diqlas”da baş verən yanğın hadisəsi vacib mövzu olduğundan bir neçə gündür ki, medianın diqqət mərkəzindədir. Proseslərin gedişini biz də yaxından izlədiyimiz üçün, ilkin olaraq  Araz Rəhimovun “Diqlas”ın rəhbəri kimi təqdim olunması təəccüblü göründü. Çünki bu müddət ərzində “Diqlas”ın sahibi qismində  sabiq MTN şefi Eldar Mahmudovun adı daha çox hallanırdı. İkinci vacib nüans isə bundan ibarətdir ki, “Diqlas”la bağlı proseslərin qızğın vaxtında ziyan görmüş vətəndaşlarla görüşə rəsmi qurumlarla yanaşı Rasim Məmmədov adlı bir sahibkar çıxmışdı. Həmin görüşlərdə o, özünü “Diqlas”ın direktoru kimi təqdim etdi.  Onda isə maraqlıdır, bəs Araz Rəhimov kimdir, onun “Diqlas” adından danışmaq, bəyanat vermək kimi səlahiyyəti varmı? Və ya Araz Rəhimov həqiqətən FHN-ni ittiham edən açıqlama veribmi?  İlkin araşdırmamız zamanı məlum oldu ki, Araz Rəhimov həqiqətən iş adamıdır və onun “Diqlas”ın rəhbərləri kimi adları hallanan şəxslərlə heç bir yaxınlığı yoxdur. Araz Rəhimovun özu Azinforum.az İnformasiya Portalına açıqlamasında baş verən haldan  təəccübləndiyini bildirdi: “ Əvvəla, mənim adımın “Diqlas”ın rəhbəri kimi çəkilməsi doğru və qanunauyğun deyil. Çünki hamı bilir ki, “Diqlas”ın  direktoru  Rasim Məmmədov adlı şəxsdir.  Mən  “Diqlas”ın bir hissəsinə rəhbərlik edən başqa bir  direktorun müaviniyəm. İndi özünüz nəticə çıxarın, mənim dediyim hansısa fikiri “Diqlas” rəhbəri adından yaymaq nə dərəcədə doğrudur? Özü də təhrif edilmiş halda. Görünür kimsə media işçilərinə məqsədli şəkildə  telefon nömrəmi verib ki, mənə bu cür gərgin vəziyyətimizdə provakativ  sual ünvanlasınlar.  Sonra medaida yaranan ajiotajla tanış olduqda gördüm ki,  dediklərim  fikirlər kontekstdən çıxarılaraq təqdim   edilib. Mənim  hansısa sözümü kontekstdən çıxarıb  dərhal saytlara yerləşdirib, məqaləni başlıq hissəsini şişirdərək təqdim etmək heç də doğru deyil, bu peşəkar jurnalistika prinsiplərinə ziddir”.

Yanğın baş verən günü Azərbaycanda olmadığını deyən Araz Rəhimov hesab edir ki,  FHN-in göstərdiyi xidmət, çəkdiyi əziyyət haqda eşidib, videokadrlarda real mənzərəni seyr edə bilib: “Həmin gün baş vermiş hadisədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının əməyi, şücaətini xüsusi qeyd etmək lazımdır. Onlar əlindən gələni ediblər, yanğının daha da böyüməsini, digər ticarət mərkəzlərinə keçməsinin qarşısını alıblar , insan tələfatının  olmasına yol verməyiblər. Media nümayəndlərinə tövsiyə edərdim ki, bu cür məlumatları yaymasınlar. Hal-hazırda həmin ərazidə FHN-nin, hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində fəaliyyət göstərirlər. İşin gedişatı dövlət orqanlarının nəzarətindədir və nəticəsi barədə ictimayyətə mütəmadi olaraq məlumat verilir. Bir daha xatırladıram ki,  fikirlərimi kontekstdən çıxarıb, mənim açıqlmamı “Diqlas”  rəhbəri adından təqdim etmək doğru deyil. Ümidvaram ki,  bundan sonra hörmətli media mənsubları bu cür həssas məqamlarla bağlı diqqətli olacaqlar”.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …