Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “Araz” market iylənmiş kolbasa satdığını təsdiqlədi – “… həmin çeşidlər marketlərdən yığışdırıldı”

“Araz” market iylənmiş kolbasa satdığını təsdiqlədi – “… həmin çeşidlər marketlərdən yığışdırıldı”

Bakıda “Araz” marketdən alınan kolbasa iyrənc halda üfunət iyi verir.

Bakı sakini Nurlan Mirəlinin verdiyi məlumata görə, o, “Araz” marketlər şəbəkəsinin Nizami rayonu ərazisində yerləşən filialından Rusiya istehsalı olan kolbasa alıb.

N.Mirəli məhsulu alarkən üzərində son istifadə tarixinin bitmədiyini görsə də, lakin marketin xidmət keyfiyyətinə güvənməyib.

Belə ki, şikayətçi kolbasanı doğrayan zaman xarab olduğunu və üfunət iyi verdiyinin şahidi olub:

“Rusiyanın ət məhsulları istehsalı olan “ЦАРИЦЫНО” kolbasasını bu gün “Araz” marketdən almışdım. Yaxşı ki, uşaq yeməmiş yoxlamaq üçün özüm kəsdim. Bu zaman kolbasadan elə bir qoxu gəldi ki, dəhşət… Bərbad bir şəkil də iylənib”.

Şikayətçi qeyd edib ki, kolbasanı aldığı gün üzərindəki son istifadə tarixinə 11 gün qalıb. Bundan başqa, alınan kolbasa “Aqrovest” şirkətinin məhsulu olduğunu da vurğulayıb.

Bakıda məşhur marketdə İYRƏNCLİK: Alınan kolbasa iyrənc halda üfunət iyi verir – FOTOLAR
Bakıda məşhur marketdə İYRƏNCLİK: Alınan kolbasa iyrənc halda üfunət iyi verir – FOTOLAR
Bakıda məşhur marketdə İYRƏNCLİK: Alınan kolbasa iyrənc halda üfunət iyi verir – FOTOLAR

Məsələ ilə bağlı aşıqlama verən “Araz” Supermarketlər Qrupunun mətbuat xidmətinin Billurə Əmirova bildirib ki, məsələ saytınızda işıqlandırıldıqdan sonra dərhal araşdırılıb:

“ЦАРИЦЫНО” kolbasasının həmin çeşidləri marketlərdən yığışdırıldı və tədarükçü şirkətə xəbərdarlıq olundu. Onu da qeyd edim ki, ЦАРИЦЫНО”kolbasaları Rusiya istehsalıdır. Vitrinlərdən standartlara uyğun olaraq bitmə vaxtına 5 gün qalmış yığışdırılır”.

Azinforum.az


Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …