Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Manşet / Araz Əlizadənin partiyasından olan xanımın topladığı fantastik səs sayı qalmaqal yaratdı – “Bütün hüquqi vasitələrdən istifadə edəcəm”

Araz Əlizadənin partiyasından olan xanımın topladığı fantastik səs sayı qalmaqal yaratdı – “Bütün hüquqi vasitələrdən istifadə edəcəm”

Bələdiyyə seçkilərində rəsmi bir nəticənin elan olunmasından sonra, ortaya çıxan rəqəm sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Xətai Bələdiyyəsinə  keçirilən seçkilərdə Araz Əlizadənin rəhbəri olduğu ASDP-nin təmsilçisi kimi  iştirak edən Abdullayeva Səbinə Hidayət qızının 22362 səs topladığı məlum olub. Həmin dairədən namizəd olan və seçki prosesində olduqca aktiv təbliğat aparan jurnalist Sevda Zülfuqarlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu nəticə ilə razılaşa bilməz: “Əminəm ki, heç o sayda səsi Araz Əlizadənin özü də toplaya bilməz. Hamı bilir ki, mən olduqca aktiv seçki təbliğatı aparmışam. Əminəm ki, bir çox tanıdığım, görüşlərdə təmasda olduğum adamlar mənə səs verib. Belə olan halda, necə olur ki, mən cəmi 32 səs toplayıram, ancaq heç kimin tanımadığı bir xanım isə 23 minə yaxın səs yığır? Mən layiqli məğlubiyyəti qəbul edərdim, ancaq bu fantastik və reallığa yaxın olmayan  fərqlə razılaşa bilmərəm. Şəffaflığın təmin olunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəm”.

Azinforum.az

Həmçinin oxuyun

Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir – VİDEO

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov …