Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Manşet / Arayik Arutunyanı Alov adlı vəkil müdafiə edəcək

Arayik Arutunyanı Alov adlı vəkil müdafiə edəcək

Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub. Azinforum.az-ın əldə etdiyi məlumata görə, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək. Alov Səfərəliyev Azinforum.az-a açıqlamasında faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.
Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”

Azinforum.az

Həmçinin oxuyun

8 km bazarı əsl sahiblərinin razılığı olmadan başqalarının adına özəlləşdirilib-Qalmaqal+Video

Hazırda mətbuatda 8 km bazarının söküləcəyi ilə bağlı çeşidli məlumatlar tirajlanır. Qeyd edək həmin ərazidə …