Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Aprel şəhidinin atası Nərimanov İcra Hakimiyyətindən niyə narazıdır? – “Şahmar adlı “tovariş” deyir ki…”

Aprel şəhidinin atası Nərimanov İcra Hakimiyyətindən niyə narazıdır? – “Şahmar adlı “tovariş” deyir ki…”

“Nərimanov rayonunun yeganə aprel şəhidi var. Amma bu şəhid ailəsi 18 kvm-də yaşayır. Tədbirlərdə göstəri üçün şəhid atasını başa keçirən Nərimanov Rayon İcra Hakimiyyəti bu ailənin problemlərini həll etmir. Aylardı qəbula düşə bilməyən şəhid Mahir Mirzəyevin atasını , Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavini Sabir Mirzəyevi qapı arxasında qoyaraq, icra başçısının müavini Şahmar adlı “tovariş” deyir ki, başçı problemi bilir.  Sonra deyir ki, bilirik  dolanışığınız üçün yer verilməlidir . Amma 100- 150 minlik “obyekt” zarafat deyil”.

Bu sözləri Azinforum.az-a açıqlamasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı söyləyib.  Qurum sədri bildirir ki, canını vətən, torpaq, bayraq yolunda qurban verən bir igidin valideynlırinə verilən qiymət çox üzücüdür: “Mahir Mirzəyev sağ olsaydı işləyər yaşlı valideynlərini dolandırardı. Atası da qapı arxasında qalmazdı. İndi şəhid atasını qapı arxasında qoyanların balaları bahalı maşınlarda, xarici ölkələrdə kefdədilər, Mahir Mirzəyev isə torpağın altındadır. E heyyy, “tovarişlər”, az qala 3 il müddətində şəhidin adına küçə verilməsi, evlə, obyektlə təmin olunması, şəhidin müəllimə anasının uzaq məsafədə yerləşən məktəbdən evlərinə yaxın məktəbə köçürülməsi nə çətindir? Çətin deyil, sadəcə, bunun üçün ürək, vicdan, milli mənafe olmalıdır. Məhz sizlərin oyunlarınızla hələ də müharibəyə cəlb olan ölkədə vətənpərvər gənclərə ehtiyac olduğu halda, bu işə zərbə vurulur. İctimai Birlik olaraq bu və digər şəhid ailələri, müharibə veteranları, əllləri ilə bağlı cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya müraciət olunacaq”.

Azinforum.az olaraq, yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …